Nicat Məmmədovun əsəri ingilisdilli antologiyada

Nicat Məmmədovun əsəri ingilisdilli antologiyada
3 dekabr 2015
# 11:01

Şair, esseist və tərcüməçi Nicat Məmmədovun «Струение» (“Axın”) essesi nüfuzlu Best European Fiction 2016 antologiyasında özünə yer alıb. Kulisin məlumatına görə antologiya modern və postmodern təmayüllü marjinal-avanqard əsərlərin nəşri üzrə ixtisaslaşmış Dalkey Arxiv Press (ABŞ, İrlandiya, İngiltərə) nəşriyyatında çap edilib.

Bədii tərcüməyə həsr olunmuş Asymptote beynəlxalq jurnalına müsahibəsində nəşriyyatın redaktor köməkçisi, Pennsylvania Universitetinin müqayisəli ədəbiyyatşünaslıq üzrə doktoru və sözügedən antologiyanın tərtibatçısı Nathaniel Davis "Əvvəllər yetərincə təmsil olunmamış regionlara, dialektlərə yaxud ədəbi ənənələrə aid hansı yazılar sizdə xüsusi heyranlıq oyatdı?" sualına belə cavab verib:

“Builki Best European Fiction antologiyasında Azərbaycan ilk dəfə təmsil olunub. Bu vaxta qədər biz Azərbaycandan heç bir təklif almamışdıq, amma mən oranın Yazıçılar Birliyi ilə əlaqə yaratdım və onlar mənə üç müəllifin ingilis dilinə tərcümə edilmiş əsərlərini göndərdilər. Göndərilmiş əsərlər içindən mən Bakıda yaşayan gənc yazar Nicat Məmmədovun yazısını seçdim. Bu əsər Gertrude Stein, Robert Creeley yaxud Arkadi Draqomoşenko ənənələrinə yaxın inanılmaz eksperimental fəlsəfi poetik nəsr tərzində yazılmışdır. Məmmədovun əsərini oxuyanda dərhal anladım ki, bu yazı BEF antologiyasına daxil edilməlidir. Mənim üçün bu antologiya əslində Avropanın müxtəlif yerlərindən gələn və “dünya ədəbiyyatı”nın hətta aktiv oxucuları tərəfindən yan keçilən maraqlı və yenilikçi yazı metodikalarının axtarışıdır”.

# 2869 dəfə oxunub

Oxşar xəbərlər

Reallıqdan qopanlar, yetkinləşməyi rədd edənlər,  qocalmaqdan qorxanlar... - Ədəbiyyatdan ilhamlanan 7 psixoloji sindrom

Reallıqdan qopanlar, yetkinləşməyi rədd edənlər, qocalmaqdan qorxanlar... - Ədəbiyyatdan ilhamlanan 7 psixoloji sindrom

14:00 5 iyul 2026
Xəyanət sənədini imzalamaqdan imtina edən patriarx - Pavel Çistyakovun məşhur tablosu

Xəyanət sənədini imzalamaqdan imtina edən patriarx - Pavel Çistyakovun məşhur tablosu

12:30 5 iyul 2026
"Xoşbəxtəm ki, məsləhətlərinizə əməl etməmişəm!" - İrland musiqiçidən müəlliminə  etiraz

"Xoşbəxtəm ki, məsləhətlərinizə əməl etməmişəm!" - İrland musiqiçidən müəlliminə etiraz

11:30 5 iyul 2026
Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:08 4 iyul 2026
Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

14:10 4 iyul 2026
Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

13:10 4 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər