Vladimir Menşovun yaradıcılıq gecəsi keçirilib

Vladimir Menşovun yaradıcılıq gecəsi keçirilib
10 aprel 2019
# 10:44

Bu gün Nizami Kino Mərkəzində Rusiyanın xalq artisti, tanınmış kinorejissor Vladimir Menşovun yaradıcılıq gecəsi keçirilib.

ONA-nın xəbərinə görə, yaradıcılıq gecəsi "MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi" çərçivəsində baş tutub.

Yaradıcılıq gecəsində kino xadimləri, rusiyalı qonaqlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kinoşünas Ayaz Salayev qonaqları salamlayıb: "70-ci illərin sonlarında mən Rusiyada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitununda oxuduğumuz müddətdə gün ərzində dərslərdə üç-dörd filmə baxırdıq. Heç kinoteatra getmək ağlımıza gəlmirdi. Buna baxmayaraq, bir dəfə kinoteatra getmək qərarına gəldik, amma kassalarda böyük növbə vardı. Bu film isə xarici yox, sovet filmi idi, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" filmi. Onda iki saat növbədə dayandıq. Özü də tək biz yox, bütün Rusiyada insanlar o filmə baxmaq üçün saatlarla növbələrdə gözləyirdilər. Hər bir kinorejissorun iki böyük arzusu var: yüksək kassa gəlirli film çəkmək və "Oskar" almaq. O, bunların hər ikisini edib. Əgər Vladimir Menşov film çəkməsəydi belə Rusiya kino tarixində böyük aktyor kimi qalacaqdı, bu da olmasaydı, dramaturq kimi qalacaqdı. Ancaq bütün bunlardan vacibi odur ki, Vladimir Menşov bizim həmyerlimiz, bakılıdır. Mən böyük məmuniyyətlə onu səhnəyə dəvət edirəm".

Vladimir Menşov bildirib ki, bu gün ona doğma olan bir məkandadır: "Mənim yadıma gəlir ki, burda dəfələrlə filmə baxmışam. Yeni film göstərilən kimi çalışırdım ki, gəlib baxım, sonra dostlarımın yanında qürrələnirdim. Mənim həyatım iki mərhələyə bölünür, Bakı və Bakıdan sonrakı mərhələ. Uşaqlığım, gəncliyim Bakı ilə bağlıdır. 1939-cu ildə burada anadan olmuşam. Mənim yadıma gəlir ki, əvvəlcə İçərişəhərdə yaşayırdıq. Sonralar isə Stalin prospektində yeni mənzilə köçdük. O dövr üçün xeyli dəbdəbəli evimiz var idi. Uşaq olsam da Hökümət Evinin tikilməyi yadıma gəlir. Alman əsirlərin işləmələri, bizim onlara çörək verib, əvəzində müxtəlif şeylər almağımız yadıma gəlir. Atam dənizçi idi, onun işi ilə əlaqədar sonralar ailəmiz Arxangelska köçsə də Bakını unutmadım. Məni bu şəhərlə, bu ölkə ilə doğma xatirələr bağlayır. Azərbaycanı da vətənim hesab edirəm".

Çıxışdan sonra kinorejissor şeir səsləndirib, tamaşaçıların suallarını cavablandırıb, müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olunub.

# 3149 dəfə oxunub

Oxşar xəbərlər

Bəşəriyyətin oxuya bilmədiyi yeganə kitab - Voyniç əlyazmasının sirri nədir?

Bəşəriyyətin oxuya bilmədiyi yeganə kitab - Voyniç əlyazmasının sirri nədir?

12:00 3 may 2026
Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir?

Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir?

11:30 3 may 2026
Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

20:47 2 may 2026
İlqar Fəhmi:   “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

İlqar Fəhmi: “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

13:30 2 may 2026
Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

13:15 2 may 2026
Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

12:10 2 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər