Kənan Hacı: “Doktor dedi virus sümüyü yeyir“

Kənan Hacı: “Doktor dedi virus sümüyü yeyir“
22 dekabr 2015
# 17:54

Dekabrın 10-da müayinə üçün İstanbula yollandım. Çünki səhhətim yenidən pisləşməyə doğru gedirdi. Türkiyənin ən təcrübəli qaraciyər və daxili xəstəlikləri üzrə professoru Kadir Demirin qəbulunda oldum, müayinələrdən keçdim”.

Bunu Modern.az saytına səhhəti ilə bağlı Türkiyədə müalicə olunan və bu günlərdə Bakıya qayıdan yazıçı Kənan Hacı bildirib. Onun sözlərinə görə, Türkiyədən Almaniyaya göndərilən bəzi analizlərə cavab gözləyirlər: “32 növ analiz götürüldü. Almaniyaya göndərilən analizlərə bu ayın sonunda cavabları gələcək.

Doktor dedi ki, qara ciyərin 4 barmaq böyüyüb, ciyərdə piylənmə var. Virus sümüyü yeyir, buna qarşı dərmanlar yazdı. Hepatit B virusuna yoluxma təhlükəsini aradan qaldırmaq üçün vaksinlər vurulmalıdır. Çünki B virusu da olsa, artıq müalicənin heç bir nəticəsi olmayacaq.

Mənə dedilər ki, proses serroza doğru gedir. Əgər zamanında müalicəyə başlamasam, ciddi fəsadlar ola bilər. İndi Almaniyadan gələn cavabları gözləyirik”.

# 2914 dəfə oxunub

Oxşar xəbərlər

Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

14:30 22 avqust 2026
Xalq artisti yol qəzasına düşdü - Vəziyyəti ağırdır

Xalq artisti yol qəzasına düşdü - Vəziyyəti ağırdır

14:03 22 avqust 2026
Turqut və Tomris Uyarların oğlu:  "Atamın bu məsələyə yanaşması doğru deyildi..." -  Müsahibə

Turqut və Tomris Uyarların oğlu: "Atamın bu məsələyə yanaşması doğru deyildi..." - Müsahibə

14:00 22 avqust 2026
Pompeyin tarixi ilə bağlı  sensasiya yaradan arxeoloji faktlar

Pompeyin tarixi ilə bağlı sensasiya yaradan arxeoloji faktlar

13:30 22 avqust 2026
Elmi-fantastik serial “Netflix” siyahısında

Elmi-fantastik serial “Netflix” siyahısında

12:30 22 avqust 2026
Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

18:10 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər