Beynəlxalq Buker mükafatının qalibi məlum oldu

Beynəlxalq Buker mükafatının qalibi məlum oldu
20 may 2015
# 13:06

Beynəlxalq Buker mükafatını macar yazıçı Laslo Krasnxorkai ( Laslo Krasznahorkai) alıb. Kulisin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə 61 yaşlı yazıçı mükafatı “Müqavimətin melanxoliyası”, “Si-van-mu burada bizim aramızdadır”, “Şeytan tanqosu” romanlarına görə alıb.

Jürinin sözlərinə görə, müəllif mükafata “mürəkkəb ehtirasları və dərin təxəyyülə malik heyrətamiz əsərlər” yazdığı üçün layiq görülüb.

“O, dəhşətli, olduqca komik və heyrətamiz gözəl səhnələr yarada bilir” –jürinin sədri Marina Uorner deyib.

Xatırladaq ki, nüfuzlu mükafatın sahibinə 60 min funt veriləcək.

Yazıçı ilk əsərini 1977-ci ildə çap edib. Səkkiz il sonra o, “Şeytan tanqosu” romanı ilə şöhrət tapıb. Krasnoxorkai əsasən insanların qroteskvarı mövcudluğu haqda antiutopist pritçalar yazır. Onun dünyası adətən izolə olunmuş və gələcəkdən məhrumdur.

2005-ci ildə təsis olunmuş Beynəlxalq Buker Mükafatı iki ildən bir təqdim olunur. Mükafat həm ingilisdilli müəllifə, həm də əsərləri ingilis dilinə tərcümə olunmuş müəllifə verilir.

Krasnaxorkai bu nüfuzlu mükafatın 6-cı sahibidir.

# 1918 dəfə oxunub

Oxşar xəbərlər

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

10:47 5 fevral 2026
"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

10:25 5 fevral 2026
“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalı başlayır

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır

10:23 5 fevral 2026
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər