Azərbaycanlı fotoqraf vəfat edib - Fotoları

Azərbaycanlı fotoqraf vəfat edib - Fotoları
15 iyul 2019
# 10:42

Iki gün əvvəl, iyulun 13-də Azərbaycan Fotoqrafiya sənətində əvəzsiz xidmətləri olmuş, fotoqraf, professor Hüseyn Hüseynzadə vəfat edib.

Kulis. az-ın Fotoqraflar Birliyinə istinadən verdiyi xəbərə görə, 84 yaşlı Hüseyn Hüseynzadə uzun sürən xəstəlikdən dünyasını dəyişib.

H.Hüseynzadə 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Hüseynzadə Azərbaycan fotoqrafiyasına fotojurnalist kimi başlamış daha sonra müstəqil fotoqraf kimi calışmışdır.H.Hüseynzadə yaradıcılığı Azərbaycandan kənarlarda keçmiş SSRİ məkanında əhatə etmişdir.

Foto sənətinə “Vışka” qəzetindən başlamışdır. “Kommunist”, “Pionerskaya Pravda”, “Komsomolskaya pravda” adlı qəzetlərdə fəaliyyətinə davam edib. “Neft gəldi” və “Qazma ustası Faiq Əliyev” adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində “Azərbaycanın kulinariya ensiklopediyası” yaranmışdır və beləliklə Odlar Yurdunu bütün dünyaya tanıtmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – “Press Foto-62” beynəlxalq sərgi mükafatı, Azərbaycanın “Qızıl qələm” Jurnalistlərinin İttifaqı (1967), Berlində “İnterpresfoto” sərgilərinin mükafatını qazanmışdır.

Kulis.az Hüseyn Hüseynzadənin fotoqrafiya işlərini təqdim edir.

# 5427 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər