"Ev kitabxanası"na yeni müəlliflər qatıldı

"Ev kitabxanası"na yeni müəlliflər qatıldı
30 noyabr 2015
# 12:10

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Ev kitabxanası" layihəsi çərçivəsində dörd yeni müəllifin kitabları alınıb. Kulisin məlumatına görə layihə əsasən müasir yazarların elmi və ədəbi kitablarının fond tərəfindən alınaraq oxuculara hədiyyə olunması məqsədi ilə həyata keçirilir.

Gənc nəslin maariflənməsinə xidmət edən "Ev kitabxanası"na bu günə qədər Qan Turalının "9 hekayə", Aydın Talıbzadənin "Əbuhübb", Nəriman Əbdülrəhmanlının "Qurban", Kənan Hacının "Yaddaş kartı" kitabları alınıb. Növbəti mərhələdə isə kitabxanaya Ömər Xəyyamın "Sayrışan hallar", Fəridə Məmmədova"nın "Sevgili üçün notlar", Alikin "Günəş qalib gəldi", İkinci Mahmudun "Ümid arısı" kitabları daxil olub.

Layihənin koordinatoru, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi məlumata görə, Ömər Xəyyam, Fəridə Məmmədova, Alik və İkinci Mahmudun müəllifi olduğu kitablar Azərbaycan Yaradıcılıq Fondu tərəfindən nəşr olunub: “"Ev kitabxanası" Yaradıcılıq Fondu ilə sıx əməkdaşlıq edir və gələcəkdə də bu Fondun nəşr etdirdiyi kitabların alınaraq oxuculara paylanacağı planlaşdırılır.”

C.Musaoğlunun sözlərinə görə, "Ev kitabxanası"na daxil olan əvvəlki kitablar artıq müxtəlif bölgələrdə yaşayan oxuculara paylanıb. Bununla yanaşı, Fondun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu sorğular vasitəsi ilə həmin kitablara olan marağın səviyyəsini müəyyənləşdirib: “Məlum olub ki, oxucular onlara hədiyyə olunan kitabları oxuyaraq bəyəniblər, əksəriyyəti həvəslənərək özlərinə şəxsi kitabxana da düzəldiblər. Əslində layihənin məqsədlərindən biri də şagird və tələbənin şəxsi kitabxanasının olmasına dəstək verməkdir. Sorğuların nəticəsi göstərir ki, missiya uğurla davam edir.”

Bilik Fondunun mətbuat katibi onu da bildirib ki, alınacaq kitabları seçən komissiya həmin nəşrlərin hədiyyə olunacağı kontingenti müəyyənləşdirəndən sonra "Ev kitabxanasına" daxil olan növbəti dörd müəllifin kitabları oxuculara çatdırılacaq.

# 3012 dəfə oxunub

Oxşar xəbərlər

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

18:32 19 dekabr 2025
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

18:15 19 dekabr 2025
Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

17:41 19 dekabr 2025
Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

17:34 19 dekabr 2025
Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

17:10 19 dekabr 2025
Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat etdi

16:28 19 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər