Rusiyanın opera ulduzu Bakıda çıxış edib

Rusiyanın opera ulduzu Bakıda çıxış edib
11 mart 2019
# 09:46

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində Fiqaro partiyasını Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikov ifa edib.

Rusiyalı vokalçı ilə yanaşı, operada teatrın solistləri - Xalq artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin solistlər Nina Makarova (Berta) və Firus Məmmədov (zabit) çıxış ediblər. Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. /azertag.az/

# 3433 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər