Kann festivalının jüri sədri bəlli oldu

Kann festivalının jüri sədri bəlli oldu
5 yanvar 2018
# 10:24

Bu il Kann festivalının münsiflər heyətinə kimin sədrlik edəcəyi məlum olub.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 71-ci Beynəlxalq Kann kinofestivalının jürisinə aktrisa Keyt Blanşet rəhbərlik edəcək.

“Oskarlı” Keyt Blanşet bu festivalda jüri sədri seçilən 10-cu qadındır. Bundan əvvəl jüri sədri kürsüsündə Oliviya Haviland (1965), Sofi Loren, (1966), Mişel Morqan (1971), İnqrid Berqman (1973), Janna Moro (1975 və 1995), Fransuaza Saqan (1979), İzabella Adcani (1997), Liv Ulmann (2001), İsabel Yupper (1999) və Qızıl palma budağı qazanmış yeganə qadın rejissor Jan Kampion əyləşib.

Keyt Blanşet “Üzüklərin hökmdarı” trilogiyası başda olmaqla, “Elizabet”, “Babil”, “Yaxşı alman”, “Manifesto”, “Bay Ripley” filmlərində yaddaqalan obrazlar yaradıb.

2004-cü ildə Ketrin Hepberni canlandırdığı “Aviator” filmində isə “Ən yaxşı aktrisa” nominasiyasında Oskara layiq görülüb. 2012-ci ildə Vudi Allenin “Mavi gözlü Jasmin” filmində “ən yaxşı aktrisa” nominasiyasında ikinci Oskarı qazanıb.

Xatırladaq ki, 71-ci Kann festivalı 8-19 may tarixlərində keçiriləcək.

# 2586 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər