Elnarənin çadra məsələsi

Elnarənin çadra məsələsi
11 iyun 2015
# 11:40

Son günlərdə gündəmi zəbt edən bir məsələ var. ANS-də bir verilişdə aparıcının dindar xanımlarla bağlı səsləndirdiyi fikir ətrafında yaranan olaylar. Məlum olduğu kimi aparıcı xanım bilərəkdən və ya bilməyərəkdən dindar xanımlarla "bayquş" arasında bənzətmə aparıb və bu Bakı kəndlərində ajiotaja səbəb olub. Kəndin dindarları iki ayaqlarını bir başmağa dirəyiblər ki, bəs aparıcı üzr istəməlidir, yoxsa qan töküləcək.

İslamda tolerantlıq var, qan tökmək yoxdur. Bəs o zaman niyə onlar qanla hədələdi?

Dindarlar istədiklərinə nail oldular. Aparıcı üzr istədi və işdən çıxarıldı. Bəs o dindarlar nə əldə etdi? Onlar öz aləmlərində bu dəqiqə hərəkətləri ilə cənnəti satın aldıqlarını düşünürlər.

Sosial şəbəkələrdə hətta verilişdə iştirak edən Hacı Təyyarın da üzr istəməsi tələb edilir və bunu onunla əsaslandırırlar ki, o da aparıcı xanıma səsləndirdiyi məsələdə dəstək verib. O zaman mən o şəxslərə belə bir sual verirəm: siz hər zaman haqqı müdafiə edirsiniz?

Hər zaman haqqın yanında olsaydınız digər bir kanalda hər gün təkrarlanan olaya reaksiya verərdiniz. Sosial-analitik-tok şouda aparıcı verilişin sponsoru olan xəz dəriləri tərif edəndə Hacı Sədi və Cümə məscidinin axundu Hacı Surxay susanda niyə haqqı tələb etmirdiniz? Axı hamımız gözəl bilirik o xəz dəriləri hazırlamaq üçün heyvanları diri-diri soyurlar ki, dərinin parıltısı və keyfiyyəti itməsin. Bəs o zaman niyə o din xadimləri ekspert kimi iştirak etdikləri proqramda susurdu, demirdi ki, ay camaat almayın bu xəz dəriləri, günahdır?

Belə məsələlərdə oturub əmmamənizi qabağınıza qoyub düşünün bir az. Tez qərar çıxartmayın. ”Asaram-kəsərəm”lə işlər düzəlmir, əksinə siz cəmiyyətdə “terrorçu”, “başkəsən” obrazı yaradırsınız. Bu isə yalnız və yalnız sizə zərərdir. Dindar olmaqdansa müsəlman olmağa çalışın, başınızı qaldırıb kitab oxuyun, narahat olmayın bu günah deyil və unutmayın ki, bu ölkədə sizdən başqa da insanlar var.

ANS telekanalının rəhbərliyindən isə bir tamaşaçı kimi yalnız rica edə bilərəm ki, aparıcı işinə bərpa edilsin. Ən azından ona görə ki, kimisə çörəksiz qoymaq dinimizdə yolverilməzdi.

# 1571 dəfə oxunub

Oxşar xəbərlər

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

18:32 19 dekabr 2025
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

18:15 19 dekabr 2025
Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

17:41 19 dekabr 2025
Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

17:34 19 dekabr 2025
Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

17:10 19 dekabr 2025
Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat etdi

16:28 19 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər