Zahir Əzəmət: “AYB-yə yaraşdırmadım”

Zahir Əzəmət: “AYB-yə yaraşdırmadım”
27 mart 2014
# 13:19

Martın 19-da Xalq yazıçısı Vaqif Səmədoğluna Azərbaycan Yazıçılar Birliyinin “Nəsimi” mükafatı təqdim olunub.

Bu mükafatın verilməsi birmənalı qarşılanmır. Çünki “Nəsimi” adlı başqa bir ədəbiyyat mükafatı da var. Bu mükafatı isə 6 il əvvəl şair Zahir Əzəmət təsis edib.

Bir ölkədə eyni adlı iki ədəbi mükafatın olmasına münasibət bildirən Zahir Əzəmət deyir ki, mükafatı onlar birinci təsis ediblər. Onların “Nəsimi” mükafatının 6 yaşı var: “AYB isə ikinci dəfədir bu mükafatı verir. Ən maraqlı məqam orasıdır ki, Vaqif müəllimə biz də “Nəsimi” mükafatı vermişik. Amma AYB-nin plagiatlığı məni təəccübləndirmədi. Nə deyim, vallah. Mükafatı alanlara sayğısızlıq olmasın deyə, bir şey demədik. Onların nə günahı? Hər halda yaxşı hal deyil. Əlbəttə, AYB-dən kimsə deyə bilər ki, Nəsimi heç kimin inhisarında deyil. Olsun. Məsələ, ideyadadır. Mədəni desək, yaraşdırmadım.”

AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza isə Zahir Əzəmətin təsis etdiyi mükafatdan xəbərlərinin olmadığını bildirib. AYB-nin mükafatına 5000 manat məbləğində pulun da daxil olduğunu bildirən Xəyal Rza onun iki ildən bir təqdim edildiyini, birinci dəfə İsa Hüseynova verildiyini bildirib.

# 4412 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər