Qız qalasını belə görmədiniz - FOTO

Qız qalasını belə görmədiniz - <span style="color:red;">FOTO
3 aprel 2018
# 15:54

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Autizm Məlumatlandırma Günü çərçivəsində Qız qalası mavi rənglə işıqlandırılıb.

“Mavi işıqla işıqlandır” (“Light It Up Blue”) layihəsində məqsəd autizmli uşaqların və onların ailələrinin problemlərini cəmiyyətin diqqətinə çatdırmaqdır.

Qeyd edək ki, 2008-ci ildən başlayaraq hər il aprelin 2-də Dünya Autizm Məlumatlandırma Günü qeyd edilir. Bu barədə BMT Baş Məclisi 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. 2010-cu ildən isə ABŞ-ın “Autizm Speaks” təşkilatı tərəfindən həyata keçirilməyə başlayan “Mavi işıqla işıqlandır” layihəsi bu günün önəm və mahiyyətini simvolizə edir, bütün dünyanın diqqətini autizmdən əziyyət çəkən uşaqlara yönəldir. “Mavi işıqla işıqlandır” layihəsi indiyədək dünyanın 136 ölkəsində 600-dən çox şəhərdə tarix və memarlıq abidələrinin üzərində həyata keçirilib.

Bakı ilk dəfə 2012-ci ildə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuş və Milli Parkdakı Bakı Biznes Mərkəzinin binası mavi işıqla işıqlandırılmışdır. Artıq beşinci ildir ki, həyata keçirilən “Mavi işıqla işıqlandır” aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini və ya bir neçəsini mavi işıqla işıqlandırır./azertag.az/

# 2672 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər