Şair Camal Yusifzadə vəfat etdi - yas yeri

Şair Camal Yusifzadə vəfat etdi - yas yeri
18 yanvar 2017
# 09:38

Şair-dramatruq Camal Yusifzadənin yas mərasimi yanvarın 19-u, saat 14:00-da Abbasqulu Abbaszadə küçəsi 83 ünvanında, Oksford məktəbi ilə üzbəüz "Büllur" mağazasının arxasındakı həyətdə (keçmiş ANS televziyasının yerləşdiyi küçə ilə üzüyuxarı) təşkil olunacaq.

Ailəsi.

***

Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib.

Bu barədə Kulis.aza mərhumun həyat yoldaşı məlumat verib. O, bildirib ki, Camal müəllim ürək xəstəliyindən əziyyət çəkirdi, gecə yatıb və yuxudan ayılmayıb.

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirib.


Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayın, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub (1972-1990).

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).

Həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyirdi (1998-ci il-dən). Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub.

Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Allah rəhmət eləsin.

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər