Türk rejissor "Qızıl qlobus" aldı

Türk rejissor "Qızıl qlobus" aldı
8 yanvar 2018
# 10:29

Yanvarın 8-də Los Ancelesdə 75-ci “Qızıl qlobus” kino mükafatının təqdimetmə mətrasimi keçirilib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Ən yaxşı dram filmi” nomninasiyasında “Qızıl qlobus”a rejissor Martin Makdonaxın “Missuridə, Ebbinq sərhəddində üç bilbord” filmi layiq görülüb.

Film tənha ananın qızı Ancelanın ölümünü açmaq istəməyən şəhər polisləri ilə mübarizəsindən bəhs edir. Xatırladaq ki, film daha üç nominasiyada mükafatlandırılıb. Belə ki, “Ən yaxşı ssenari”də ssenari müəllifi Martin Makdonax, “Ən yaxşı ikinci plan aktyoru” kateqoriyasında Sem Rekuel, “Dramatik filmdə ən yaxşı aktrisa” nominasiyasında Fernsis Makdormand “Qızıl qlobus”a layiq görülüblər..

Bu günkü təqdimetmə mərasimində “Dramatik filmdə ən yaxşı aktyor” nominasiyasında “Qızıl qlobus” “Qaranlıq zamanlar” filmində Uinston Çörçilli oynayan Harri Oldamana verilib.

“Komediya və müzikl” kateqoriyasında “Ledi Börd” filmi mükafatlandırılıb.

“Ən yaxşı mini serilal” kimi “Böyük kiçik yalanlar” serialı, “Mini serialda ən yaxşı aktrisa” olaraq isə eyni serialda oynayan Nikol Kidman mükafatlandırılıb. Serialın digər qalibləri isə “Mini serialda ən yaxşı ikinci plan aktrisası” nominasiyasında Lora Dern, “Ən yaxşı ikinci plan aktyoru” isə Aleksandr Skasqard seçiliblər.

“Qulluqçunun hekayəti” “ən yaxşı dramatik serial” hesab olunub. Ən yaxşı komediya serialı” nominasiyasında isə “Heyrətamiz missis Mayzel” mükafatlandırılıb.

“Xarici dildə ən yaxşı film” nominasiyasında isə türk mənşəli alman rejissoru Fateh Akının “Həddə” filmi qalib olub. Xatırladaq ki, bu nominasiyada Andrey Zvyaqintsevin “Sevgisizlik” filmi də yarışırdı.

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər