Bir zamanlar sevdiyim...

Bir zamanlar sevdiyim...
25 oktyabr 2016
# 16:21

İlkin Baba

...Ayrılığımızın səbəbini bilmədim. Adi günlərdən biri və məni daha axtarma deyib, çıxıb getmişdi. Onun məndən başqa heç kimi yox idi axı. Niyə belə etsin? Əslində, dəli kimi sevsəm də, qüruruma məğlub olmuşdum. Məni istəməyəni niyə arayıb, axtarım ki, demişdim. Uşaqlıq etmişdim, bilirəm...Əzabını isə üç ildir çəkirəm... Ondan sonra həyatımda o qədər “kaş ki” ilə başlayan arzular, xəyallar oldu ki. Hamısı da onun yoxluğu ilə yanıb, külə çevrildi...

...Bu gün cümə günü olduğu üçün işlərim bir az çox idi. Ona görə də, məcbur 1-2 saat əlavə işdə qalmalı oldum. Üzərimdə də bütün həftənin yorğunluğu var idi. Deyinə-deyinə işimin tez bitməsini istəyirdim. Onsuzda əlavə işləməyə görə əmək haqqımı artırmayacaqdılar. Amma ya bu gün, ya da bazar ertəsi bu işləri görməli idim. Otağın pəncərəsindən təzə tikilmiş binalardan biri və həyətindəki park görünürdü. Elə ki axşam oldu, camaat yığışıb vaxtını keçirirdi. Bəxtəvər adamlardır... Mən burda evə getmək həvəsində, onlar isə özlərini evdən bayıra atmağın...

...Ofisin qapısını bağlayıb, binanı tərk edirəm...

...Yol boyu nəsə bir sıxıntı çökür canıma. Sanki boğuluram. Belə məqamlarda həmişə nəsə olur. Ona görə də, maşını kənara çəkib, bir az sakitləşmək istəyirəm. Bir neçə metr aralıda oturacaq olduğu gözümə sataşır və ora doğru addımlayıram. Yaxınlaşdığım vaxt bir qadının əyləşdiyini görüb, mane olmaq istəmirəm. Amma sonra fikrimdən daşınıram. Guya nə olacaq ki. Sakitcə əyləşirəm. Bir neçə dəqiqə keçir...

- Ay məni məndən alıb gedən...

...Bir anlıq duruxuram. Dünya başıma fırlanır sanki. Ya da kimsə mənimlə çox pis zarafat edir. Heç hənanın yeri idi?

- Dərdləri dərdə salıb gedən...

...Yox, yuxu deyildi. Yanımda əyləşən qadın məhz bu sözləri deyirdi. Mənim, bizim mahnımızın sözlərini. Azacıq ona tərəf çevrilirəm. Əynində nazik bir köynək, sanki “bomj” həyatı yaşayan görkəmi. Çevrilib, üzümə baxdı. Şişmiş üzü, göm-göy olmuş qolları. Saçları da o qədər seyrək idi ki. Sanki heç yox idi. Amma qırışsa da, gözlər... O gözlər, o baxış eyni... Hə, bu o idi... Qəhər məni boğmuşdu. İçimdə illərdir yanan həsrət atəşi, bir tərəfdən də ona hirsim, kinim...

...Layiq olduğu həyatı yaşayır. Küçələrdə, yarı ac, yarı tox. Onun-bunun ayaqaltında qalmaq, hər gələnin bir zərbə vurması daha əziz olar. Hələ deyəsən başqa vərdişləri də var. Damarlarında iynə izləri...

...Yox, mən ona bunları deyə bilməzdim. Bu qədər qəddar olmamalı idim. Gözümdən axan yaşı gizlətmirdim. Heç o da. Üzümə baxmırdı... İkimiz də boğulurduq elə bil. Açıq havada nəfəs almaq zülmə çevrilmişdi...

- Getməliyəm, həkim məni gözləyir.

...Mən yenə də susmuşdum. O isə gedərkən saçlarıma sığal çəkdi. Bu toxunuş, bu əl... Gözlərimi bərk-bərk yummuşdum. Getməyini görməyim deyə... Amma dözmədim, arxasınca boylandım. Üzbəüz olan xəstəxanaya girdi... Respublika Onkologiya Mərkəzinə...

...Mənə zəng gəlir...

Qızım doğulub...

# 2145 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

14:50 23 avqust 2026
"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

14:00 23 avqust 2026
Ölüm düşərgəsində  şahmat sayəsində sağ qalan yəhudi yazıçı  - Efraim  Kişon kimdir?

Ölüm düşərgəsində şahmat sayəsində sağ qalan yəhudi yazıçı - Efraim Kişon kimdir?

12:30 23 avqust 2026
Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

10:30 23 avqust 2026
Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

18:00 22 avqust 2026
Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

14:30 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər