Oğlanlara məsləhətim

Oğlanlara məsləhətim
23 may 2017
# 12:15

Dilarə Zamanova

Bir müddətdir ki, evdəyəm. İşdən ayrılmışam. Bəli, düz fikirləşdiniz. Bu cümlə bərabərdir “bütün günü boş bekaram”a. Bir 10 günlük qış yuxusundan sonra gördüm ki, sıxılıram. Nəyisə etmək lazımdır, belə olmaz. Əvvəl-əvvəl kitab oxudum, sonra yeni layihələr haqqında çalışdım. Gördüm yox ey, yenə nəyisə çatmır. Allahım nə idi o, “nəyisə”, nə idi?

Evrika tapdım. Bütün həyatın Dosteyevskidən İsa Muğannaya qədər oxumu, Vivaldidən Qara Qarayevə qədər bəstəkarları dinləmişdim, nə qədər tamaşa izlə, sərgilərdə ol, amma ən sadə şeyi, yumurtanı belə bişirə bilmə.

Bu an dedim, qızım Dilarə, bir yumurta nədir ki, onu bişirə bilməyəsən? Dur, tez qaç mətbəxə. Sözü çox uzadıb, sizi bezdirməyim ki, əsas mətləbə yetə bilərək (öz aramızdı, mən də uzun yazıları heç oxumuram). Yumurta ilə bir-iki güləş fəndindən sonra bişirdim. Yeməyimi tərifləmələri məni həvəsə gətirdi. Dedim kim tutar məni, arxasınca gəldi, spagettilər, qızartmalar, dolmalar (çox ağ eləməyim, dolma yox idi). Sonra keçdim ev təmizliyinə, ütüyə, demək olar ki, içimə girən ev qızını dayandıra bilmirəm.

Nəyisə gəlim əsas mətləbə. Bir gün Feysbukda “Xoşbəxt qadınlar klubu” deyə bir səhifəyə rast gəldim. “Snikers” tortunun reseptini öyrəndiyim yerdə necə oldusa bir qızın sevgilisi ilə olan münasibətləri haqdakı statusunu oxumağa başladım. İnanın bilmirəm. O arada mənə nəsə olub, transa filan girmişəm deyəsən, çünki həmin anları xatırlamıram. Nəyisə qız yazmışdı ki, “Bacılar, sevgilimlə 2 ildir ki, birlikdəyik. Amma heç evlənmək barədə mənə bir söz demir. Məndə ona dedim ki, ya evlənək, ya da mən ayrılıram”.

Bu cümləni oxudum. Dedim bəlkə mən səhv gördüm. Anama dedim ki, ana, get mənim oxuma eynəyimi gətir. Dedim bəlkə iki gözlə səhv görmüşəm. Anam eynəyi gətirdi, taxdım. Yox 4 gözlə də mən eyni şeyi gördüm. Qız rəsmən oğlana deyib ki, ya evlənək, ya da mən ayrılıram.

Deyəsən bu yerdə deyirlər ki, əlim üzüm də qaldı, sonra düşünməyə başladım. Bəlkə mənim sevgi haqqındakı təsəvvürlərim, səhvdir, bəlkə onlar haqlıdır? Axı bizim bildiyimiz sevgi bu deyildi. Bizim bildiyimiz sevgi nə idi bəs?

Bizim bildiyimiz sevgi onu məşhur filmdə də dediyi kimi onu görəndə ayın gözlərimizdə böyüməsi, küləyin mahnı oxumağı idi. Bizim bildiyimiz sevgi o, insanın tutduğu ən pis işdə belə onun yanında olmaq idi. Adi bir sabahın xeyir mesajı ilə belə göylərə qalxmaq. Onunla nəinki kirayədə lap blokda belə yaşamağa və bundan zərrə qədər şikayət etməməyə razı olmaq idi.

Görəsən, sevdiyi adamı bu gün “ya mənimlə evlən, ya ayrılaq” sözləri ilə hədələyən qız sabah nikah kəsilən anda bu insanın xəstəlikdə, sağlıqda, pis gündə, yaxşı gündə yanında olacağına söz verirsinizmi deyiləndə necə ürəkdən bəli deyə cavab verəcək?

Buradan həmən oğlana və belə şərtlə qarşılaşan bütün oğlanlara səslənirəm. Əgər bir qız sizə belə bir cümlə qurursa o cümləni tamamlamadan oranı tərk edin. Çünki bu həyatda çox şeyə əmin deyiləm.

Tez-tez fikirlərim də dəyişir. Amma bir şeyə əminəm ki, o qız sizi sevmir.

# 1641 dəfə oxunub

Oxşar xəbərlər

Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

18:12 17 noyabr 2025
Gülər Natiq İsaqın imza günü keçiriləcək

Gülər Natiq İsaqın imza günü keçiriləcək

16:40 17 noyabr 2025
İspan yazıçının romanı əsasında film çəkilib

İspan yazıçının romanı əsasında film çəkilib

15:52 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Gənc pianoçunun Berlində solo konserti keçirilib

Gənc pianoçunun Berlində solo konserti keçirilib

14:50 17 noyabr 2025
Həmid Herisçi:  "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə

Həmid Herisçi: "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə

12:30 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər