Volterin mumiyalanmış ürəyi - 250 illik sirr açıldı

Volterin mumiyalanmış ürəyi -  250 illik sirr açıldı
25 sentyabr 2025
# 18:44

Müasir elmi texnologiyalar fransız filosofu Volterin ölüm səbəbi ilə bağlı qədim suala aydınlıq gətirib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, mütəfəkkirin mumiyalanmış ürəyinin araşdırılması onun sidik kisəsi xərçəngindən vəfat etdiyini təsdiqləyib.

Volter 1778-ci ildə, 83 yaşında vəfat edib. Baxmayaraq ki, onun yarılma hesabatı mövcud idi, dəqiq ölüm səbəbi isə uzun müddət mübahisəli olaraq qalırdı. Onun ürəyi mumiyalanmış və relikviya kimi qorunmuşdu.

Bu orqan və digər qorunub saxlanılmış bioloji nümunələr yeni paleoproteom tədqiqatının obyekti olub. Alimlər müasir analiz metodlarından istifadə edərək qan və toxuma qalıqlarını araşdırıblar. Analizin nəticələri qədim qeydlərə işıq salıb və filosofun xərçəngdən əziyyət çəkdiyini təsdiqləyib.

Volterin ölümündən dərhal sonra onun ürəyi çıxarılıb və mumiyalanıb. Bu işi filosofun dostu və himayədarı olmuş Markiz de La Villette görüb. O, ürəyi üzərinə “Onun ürəyi buradadır, amma ruhu hər yerdədir” yazılmış bir qutunun içinə yerləşdirib.

Daha sonra ürək müvəqqəti olaraq Volterin irsən malik olduğu Ferney malikanəsinə aparılıb. Markiz bu malikanəni varislərdən satın alıb və ürəyi filosofun abidəsinin qarşısında məxmər yastığın üzərinə qoyub.

Qeyd edək ki, sonradan, maliyyə çətinlikləri səbəbilə Markiz malikanəni satıb və ürək onun şəxsi mülkiyyəti olan “Château de Villette” malikanəsinə köçürülüb. 1864-cü ildə Markizin oğlunun ölümündən sonra mumiyalanmış ürək Fransa dövlətinə təhvil verilib.

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər