Vokalçıların IX Beynəlxalq Müsabiqəsinin III turuna 16 iştirakçı keçdi

Vokalçıların IX Beynəlxalq Müsabiqəsinin III turuna 16 iştirakçı keçdi
7 iyun 2024
# 13:30

Bu gün Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin həlledici, III turu olacaq. Bu turda 16 iştirakçı birincilik uğrunda öz məharətini sınayacaq.

Kulis.az xəbər verir ki, I və II turlarda fortepianonun müşayiəti ilə çıxış etmiş iştirakçılar müsabiqənin qaydalarına görə, III turda simfonik orkestrin müşayiəti ilə çıxış edəcəklər.

16 iddialının III tur və qala-konsertdə çıxışlarını Əməkdar artistlər Əyyub Quliyev, Fuad İbrahimov, Mustafa Mehmandarov və Murtuza Bülbülün dirijorluğu ilə simfonik orkestr müşayiət edəcək.

İyunun 6-da müsabiqə iştirakçıları Azərbaycan Dövlət Akademik Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə məşq-çıxış ediblər.

Qeyd edək ki, Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsində ikinci tura keçmiş 41 nəfər münsiflər heyətinin qarşısında öz məharətlərini sınayıblar. Vokalçılar müsabiqənin şərtlərinə uyğun olaraq, Bülbülün repertuarından “Sənsiz” və “Sevgili canan” (musiqi: Ü.Hacıbəyli, söz: N.Gəncəvi), “Ölkəm” (A.Zeynallı, C.Cabbarlı) və “Ulduz” (F.Əmirov, M.Rahim) romanslarından birini və əvvəlcədən özlərinin təqdim etdikləri və təşkilat komitəsinin təsdiq etdiyi siyahı üzrə dünya operalarından (öz səs tembrlərinə uyğun) ariya ifa ediblər. Müsabiqənin şərtlərinə görə, bütün əsərlər orijinalın dilində ifa edilib.

Münsiflərin dəyərləndirməsindən sonra 41 iştirakçıdan 16 nəfəri III tura vəsiqə qazanıb. Onların arasında Azərbaycandan da iki nəfər – Dövlət Akademik Opera və Balet Teatrının solistləri Mahir Tağızadə (bariton) və Atəş Qarayev (tenor) var.

Xatırladaq ki, müsabiqəyə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən ümumilikdə 140 nəfərdən çox 18-36 yaş arasında vokalçı qatılıb.

Qaliblərin mükafatlandırılması mərasimi və final konserti iyunun 9-da Şuşada, Bülbülün ev-muzeyinin həyətində keçiriləcək.

# 1986 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər