Uşaq Kitabxanasında aksiya: “Bir kitab, bir sevgi”

Uşaq Kitabxanasında aksiya: “Bir kitab, bir sevgi”
28 yanvar 2026
# 15:35

F. Köçərli adına Respublika Uşaq Kitabxanası 14 Fevral – Kitab Bağışlama Günü münasibətilə “Bir kitab, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verir.

Kulis.az xəbər verir ki, aksiyanın əsas məqsədi Uşaq Reabilitasiya Mərkəzlərində müalicə alan uşaqlara kitab hədiyyə etməklə onların mənəvi və psixoloji inkişafına dəstək olmaq, eyni zamanda oxu mədəniyyətini təşviq etməkdir.

Tədbir çərçivəsində toplanacaq kitablar reabilitasiya mərkəzlərində müalicə alan uşaqlara təqdim olunacaq.

“Bir kitab, bir sevgi” təşəbbüsü uşaqların dünyasına sevinc qatmaqla yanaşı, onlarda ümid və müsbət emosiyalar formalaşdırmağı hədəfləyir. Kitabxana ictimaiyyəti bu xeyirxah aksiyada fəal iştiraka dəvət edir.

Hər kəsi bu nəcib təşəbbüsə qoşulmağa, bir kitabla bir qəlbə toxunmağa çağırırıq. Çünki paylaşdıqca dəyəri artan ən gözəl hədiyyə kitabdır.

Unutmayaq ki, uşaqlara hədiyyə edilən hər kitab bir ümid, bir sevinc deməkdir.

# 1385 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər