Uğurlu olmaq istəyirsiniz? - Bu tövsiyələrə əməl edin!

Uğurlu olmaq istəyirsiniz? - Bu tövsiyələrə əməl edin!
27 sentyabr 2025
# 10:00

Amerikalı müəllif Horas Cekson Braun (14 mart 1940 - 30 noyabr 2021) dünyada “Life's Little Instruction” (“Həyatın Kiçik Təlimatı”) kitabı ilə tanınır. Müəllif oğlu Adam üçün universitetə qəbul olma hədiyyəsi kimi yazmış olduğu 511 qısa “təlimat”dan ibarət bu kitab yüzlərlə maraqlı fikirlər, ruhlandırıcı və ilhamverici sözlər, yumoristik və düşündürücü kəlamlarla zəngindir.
İlk cildi on milyondan çox satılan və 33 dilə tərcümə edilən adı çəkilən kitab 1991-1994-cü illərdə “New York Times Best Seller” olmuşdur. Kitabın ikinci cildi də dünyada ən çox satanlar siyahısına daxil olub.

Kulis.az Yunis Xəlilovun tərcüməsində “Life's Little Instruction” (“Həyatın Kiçik Təlimatı”) adlı kitabdan ən maraqlı hissələri təqdim edir.

Hər gün üç nəfərə iltifat edin.
İnsanların doğum günlərini xatırlayın.
Yaşlılara xüsusilə mehriban və səbrli olun.
Tez-tez “təşəkkür edirəm” deyin.
Bir musiqi alətində ifa etməyi öyrənin.
Duş altına mahnı oxuyun.
Hər bahar fəslində gül əkin.
İlk olaraq siz “salam” deyin.
Ucuz avtomobiliniz olsun, amma sahib ola biləcəyiniz ən yaxşı evi alın.
Heç vaxt oxumasanız da, ən yaxşı kitablar satın alın.
Özünüzə və başqalarına qarşı bağışlayıcı olun.
Etik olan üç lətifə öyrənin.
Ayaqqabılarınız hər zaman təmiz olsun.
Bir savaş çıxarsa, ilk siz vurun və sərt olsun.
Borc aldığınız hər şeyi vaxtında geri qaytarın.
Sizə necə rəftar edilməsini istəyirsinizsə, siz də elə davranın.
Hər il xeyriyyə məqsədilə bir dəfə qan verin.
Yeni dostluqlar qurun, amma köhnə dostların da qədrini bilin.
Sirr saxlayın.
Çoxlu fotolar çəkdirin.
İnsanlardan heç vaxt ümidinizi üzməyin. Unutmayın, möcüzələr hər gün baş verir.
Müəllimlərə hər zaman hörmət edin.
Vətənini qoruyanlara hörmətlə yanaş.
Tərəvəzləri özü istehsal edib satanlardan alın.
Diş pastasının qapağını bağlı saxlayın.
Sevdiklərinizə gözlənilməz anlarda kiçik də olsa hədiyyələr alın.
Həyatınızın hər anında günahı başqalarına atmadan məsuliyyəti öz üzərinizə götürməyi öyrənin.
Sizə uzadılan bir əli heç zaman geri çevirməyin.
Elə bir həyatınız olsun ki, övladlarınız “vicdanlılıq”, “qayğıkeşlik”, “dürüstlük” deyəndə sizi ağıllarına gətirsinlər.
Səhvlərinizi etiraf etməyi öyrənin.
Eşitdiyiniz bütün xəbərlərin qərəzli ola biləcəyini unutmayın.
Tələbə tədbirlərinə dəstək olun.
Mükəmməllik tələb edin, lakin bunun bədəlini ödəməyə də hər zaman hazır olun.
Cəsarətli olun. Olmasanız belə, elə davranın. Fərqi heç kim başa düşməyəcək.
Fit çalmağı öyrənin.
Övladlarınızı tərbiyə edin, lakin onlara sevginizi göstərməyi heç vaxt göz ardı etməyin.
Son üç ildə geyinmədiyiniz bütün paltarları xeyriyyə cəəmiyyətinə və ya imkansız birinə bağışlayın.
Evlilik ildönümünüzü unutmayın.
Ərik qurusu yeyin.
Velosiped sürün.
Sağlam olmağınızın dəyərini bilin.
Kimsə sizi işə götürmək istədikdə, bu işə maraq göstərməsəniz belə, həmin şəxslə danışın. Təklifin nə olduğunu bilənə qədər heç vaxt qapını bağlamayın.
Narkomaniyadan uzaq olun və narkomanlarla qətiyyən ünsiyyətdə olmayın.
İstehzalı sözlər işlətməyin.
İş və ailə münasibətlərində ən vacib şeyin güvən olduğunu unutmayın.
Siqaret çəkməyin.
Maddi vəziyyətiniz yaxşı olsa belə, qoyun, uşaqlarınız öz cib xərcliklərini özləri qazansın.
Soyuducunuz daima dolu olsun.
Sərxoş vəziyyətdə heç kimə görünməyin.
Həyat yoldaşınızı çox diqqətlə seçin. Xoşbəxtliyiniz və ya bədbəxtliyiniz 90% bu qərardan asılıdır.
Böyük düşünün, lakin kiçik şeylərdən zövq alın.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsini oxuyun.
Uşaqlarınıza tez-tez nə qədər mükəmməl olduqlarını və onlara nə qədər çox inandığınızı söyləyin.
Hər gün otuz dəqiqəlik gəzintiyə çıxın.
Heç kimi aldatmayın.
Tez-tez gülümsəyin. Maliyyə dəyəri sıfır olsa da, qiyməti ölçülməzdir.
Mexanik avtomobilini idarə etməyi öyrənin.
Heç vaxt təhqir etməyin.
Polis məmurları ilə heç vaxt mübahisə etməyin və onlara həmişə hörmət edin.
Ətrafınızdakı bitkiləri, quşları və ağacları tanıyın.
Avtomobilinizdə və mətbəxinizdə mütləq yanğınsöndürən olsun.
Evinizin qapısını ən müasir və təhlükəsiz kilidlərlə təchiz edin.
Bahalı saat almayın.
Siqaretsiz yaşam və iş mühiti yaradın.
Ürək masajı etməyi öyrənin.
Bir qayıq və ya gəmiyə sahib olmaq kimi qarşısıalınmaz cazibələrə aldanmayın.
Yol kənarındakı tarixi yer nişanlarının yanında mütləq dayanın və onları oxuyun.
Dinləməyi öyrənin. Bəzi fürsətlər qapınızı çox sakit döyür.
Təkər dəyişdirməyi öyrənin.
Qalstuk bağlamağı öyrənin.
Uşaqların şəxsi həyatına hörmət edin. Onların otaqlarına girməzdən əvvəl qapılarını döyün.
İnsanların adlarını unutmayın və onlara hər zaman adları ilə müraciət edin.
İşiniz düşən bankın müdiri ilə şəxsən tanış olmağa çalışın. Onun sizi tanıması faydalı ola bilər.
Tualet oturacağını həmişə bağlı saxlayın.
Ölkələrin paytaxtlarını öyrənin.
Ölkənizin paytaxtına gedin və görməli yerləri gəzin.
Kimsə sizə onun başına gələn mühüm hadisədən danışarkən, onun başına gələn kimi bir şeyin sizin də başınıza gəldiyini söyləyərək onun sözünüzü kəsməyin. Səhnəni hər zaman ona buraxın.
Əyri dişləriniz vardırsa, düzəldin.
Saralmış dişlərinizi ağardın.
Saatınızı həmişə beş dəqiqə irəli qurun.
İngilis dilini öyrənin. Bu gedişlə səndən başqa ingilis dilini bilməyən qalmayacaq.
Heç vaxt kiminsə ümidini qırmayın. Bəlkə də bu, sahib olduğu yeganə şeydir..
Bir işə başlayanda kifayət qədər pulunuz olmadığından narahat olmayın. Məhdud resurslar bəzən lənət deyil, xeyir-duadır. Çünki başqa heç nə yaradıcılığı daha çox stimullaşdıra bilməz.
Sizi əsəbiləşdirən birinə cavab verməzdən əvvəl özünüzü sakitləşdirmək üçün bir saat vaxt verin. Əgər məsələ sizin üçün həqiqətən vacibdirsə, zamanı növbəti səhərə qədər uzadın..
Ödənişlərinizi vaxtında edin.
Məhlə komandasında oynayın.
Hər zaman çarpayının altında bir fənər və ehtiyat batareyaları saxlayın.
Uşaqlarla oynayanda onların qalib gəlməyinə imkan verin.
Yemək vaxtı televizoru söndürün.
Tapança və tüfəngi təhlükəsiz tutmağı öyrənin.
Həftədə bir dəfə yemək yeməyin. Ona verəcəyiniz pulu bir kasıba verin.
Yaxşı bir hüquqşünas, bir mühasib və bir santexniklə dostluğun olsun.
Dövlət himnini söyləyərkən farağat vəziyyətində durum.
Vəsiyyətnamə yazın və onu haraya qoyduğunuzu ən yaxınlarınıza deyin.
Mükəmməl axtarın, qüsursuzu deyil.
Gülləri iyləmək üçün vaxt ayırın.
Maddi istəklər üçün deyil, ağıl və cəsarət üçün dua edin.
Mərhəmətli, lakin qərarlı olun.
Avtomobildə təhlükəsizlik kəmərinizi bağlayın.
Müntəzəm olaraq tibbi müayinələrdən (“check-up”) keçin.
İş yerinizi və masanızı səliqəli saxlayın.
Yataqlı qatarda bir dəfə gecə səyahətinə çıxın.
Dəqiq olun və başqalarından da dəqiq olmasını istəyin.
Sizi tənqid edənlərə cavab vermək üçün vaxt itirməyin.
Neqativ insanlardan uzaq olun.
Övladlarınıza pul yığmaq adı ilə xəsislik etməyin.
İnsanlara necə etmək lazım olduğunu deyil, nə etmək lazım olduğunu söyləyin və görəcəksiniz ki, onlar özlərinin tapacaqları yaradıcı həll yolları ilə sizi təəccübləndirəcəklər.
Yaradıcı olun.
İntizamlı olun.
Həqiqətən etmək istədiyiniz işdən əsla imtina etməyin. Böyük xəyalları olanlar həqiqəti bilənlərdən daha güclüdür.
Bütün siyasətçilərdən şübhələnin.
Bacardığınız qədər səmimi olun.
On altı yaşından sonra uşaqlarınızı yarım günlük (“part-time”) işləməyə təşviq edin.
İnsanlara üçüncü şans verməyin. İkicidən sonra dayanın.
İmzalayacağınız sənədləri diqqətlə oxuyun.
Hirsli halda qərar verməyin.
Əhəmiyyətlini əhəmiyyətsizdən ayırmağı öyrənin, əhəmiyyətsizlərə əhəmiyyət verməyin.
Arvadınızın (ərinizin) ən yaxşı dostu olun.
Harada olmağınızdan asılı olmadan qərəz və ayrı-seçkiliklə rastlaşdığınız an ona qarşı mübarizə aparın.
Qocalın, amma paslanmayın.
İnsanlar sənin nəyin tərəfdarı olduğunu və nəyə dözə bilməyəcəyini bilsinlər.
Başqa bir iş tapana qədər istefa verməyin.
Müdirünüzü tənqid etmək əvəzinə işinizi tərk edin.
Böyük bir acgözlüklə maraqlanın, tez-tez “Nəyə görə?” sualını verin.
İnsanları bank hesablarının böyüklüyü ilə deyil, ürəklərinin böyüklüyü ilə ölçün.
Tanıdığınız ən pozitiv və həvəsli insan siz olun.
Su axıdan bir kranı və damlayan bir tualeti düzəltməyi öyrənin.
Bədəninizi dik tutun. Hər məkana inamla və nə istədiyinizdən əmin olan biri kimi daxil olun.
Uşaqlarınıza hər şeyin ən yaxşısını verə bilmirsinizsə, üzülməyin. Onlara bacardığınızın ən yaxşısını verin.
Qırmızı əti yeməyi azaldın.
Çox duzlu yeməyin.
Bir məhəllənin səviyyəsini orada yaşayanların davranış və danışıqlarından anlamağa çalışın.
Yeni qonşunuza ən sevdiyiniz evdə bişirilən yeməyinizlə “xoş gəldin” deyin. Resepti də paylaşmağı unutmayın.
Unutmayın ki, bir insanın ən həssas emosional ehtiyacı təqdir olunduğunu hiss etməkdir.
Xəstəxanada dostlarınızı və qohumlarınızı ziyarət edin. Sizin orada keçirəcəyiniz zamanınız onlarınkından çox qısadır.
Alış-veriş mərkəzlərinin dayanacaqlarında ən uzaqda park edin. Çünki gəzinti yaxşı bir məşqdir.
Şiddət təbliğ edən TV proqramlarına baxmayın və onları dəstəkləyən və ya reklam edən istehsalçılardan məhsul almayın.
Kin saxlamayın.
Bütün canlılara hörmət edin.
Dəyərlərinizə ziddiyyət olmayan bir peşə seçin.
Rahat olun. Ölüm-qalım vəziyyətləri istisna olmaqla, heç bir şey göründüyü qədər vacib deyil.
Edə biləcəyiniz ən yaxşı investisiyalardan biri işinizdəki performansınızdır.
Rəsm sərgilərinə qatılın və mütləq bir şəkil alın.
Avtomobilinizlə hər zaman sürət həddinə riayət edin.
Həmişə bir addım irəli gedəciyinizə özünüzə söz verin.
Telefonunuzun vacib bir anı bölməsinə imkan verməyin. Hər kəsin telefonu öz rahatlığı üçündür, zəng edənlərin rahatlığı üçün deyil.
Keçmiş səhvlərinizə peşman olaraq vaxt itirməyin. Onlardan öyrənin və arxaya baxmadan irəliyə doğru addımlayın.
Sizə edilən komplimentə verə biləcəyiniz yeganə düzgün qarşılıq səmimi bir təşəkkürdür.
Heç vaxt görmədiyiniz bir insanla görüşdüyünüz zaman, uzun bir görüş planlaşdırmayın. Nahar ən yaxşısıdır. Əgər işlər yaxşı getmirsə, hər biriniz cəmi bir saat itirmiş olarsınız.
Liftlərdə işdən danışmayın. Qulaq asanların kim ola biləcəyini heç vaxt bilmirsən.
Qazanmağı da öyrənin, itirməyi də.
Ac olduğunuz zaman heç vaxt ərzaq alış-verişinə getməyin. Əks-təqdirdə ehtiyacınızdan daha çox alacaqsınız.
Kimin haqlı olduğunu düşünərək vaxtınızı itirmək əvəzinə, nəyin doğru olması ilə maraqlanın.
“Təfərrüat professoru” olmayın.
Bir sirrinizi dostunuza vermədən əvvəl diqqətli düşünün.
Hər kəsin yanında tərifləyin, lakin hər kəsin yanında tənqid etməyin.
Heç kimə “yorğun görünürsən” deməyin.
Biri sizi qucaqlayanda ayrılmadan əvvəlcə onun qollarının boşalmasını gözləyin.
Ailə və pul problemləri və ya saç düzümü ilə bağlı məsləhətlər verməyin.
Centlmen olun.
İş bitməmişdən əvvəl heç vaxt tam ödəniş etməyin.
Yaxşı dostlar qrupuna sahib olun.
Gündəlik yazın.
Vədlərinizə əməl edin və verdiyiniz sözləri yerinə yetirin.
Əgər kimsə sizin üçün xidmət göstərdiyinə görə nə qədər haqq alacağını bilmirsə, ondan nə qədər ödəyəcəyinizin ədalətli olacağını soruşun.
Övladlarınıza pul qazanmağın nə qədər çətin olduğunu və qənaət etməyin vacibliyini öyrədin.
Həlledici müharibədə qalib gəlmək üçün kiçik bir döyüşdə məğlub olmaq riskini gözə alın.
İlk təəssüratlarınıza etibar etməyin.
İnsanlarda yaxşı cəhətləri üzə çıxarmağı öyrənin.
Hər gün səkkiz stəkan su için.
Adət və ənənələrə hörmət edin.
Dostunuza borc verərkən diqqətli olun. Hər ikisini itirə bilərsiniz.
Hər fürsətdə layiqli işçilərə şirkət üçün nə qədər vacib olduqlarını söyləyin.
Bir quş evi alın və mətbəxinizin pəncərəsindən görə biləcəyiniz yerə asın.
Heç vaxt həll edilə biləcəyiniz bir şeyi kəsib atmayın.
Avtobusun arxasından uşaqlarınıza əl yelləyin.
Valideynlərinizin necə tanış olduqları və evliliklərinin ilk illəri ilə bağlı xatirələrini audio və ya video lentə yazın.
Başqalarının vaxtına hörmətlə yanaşın. Görüşə on dəqiqədən çox gecikəcəksinizsə, telefonla zəng edib xəbər verin.
Sizdən daha ağıllı insanları işə götürün.
Şən olmadığınız zamanlarda belə şən görünməyi öyrənin.
Təvazökar olun. Unutmayın ki, sən gələndə onlar gedirdilər.
Sadə olun.
Həmişə ən yaxın yanacaqdoldurma məntəqəsindən benzin alın. Avtomobiliniz qışda işə düşmədikdə dostluq faydalı olacaqdır.
İlk dəfə rastlaşdığınız insanlardan nə işlə məşğul olduqlarını soruşmayın. Onlarla söhbətə bu sualı vermədən başlayın.
İşinin məhkəməyə düşməsindən vəba xəstəliyindən qaçan kimi qaç.
Ailənizə onları nə qədər sevdiyinizi təkcə sözlərinizlə deyil, həm də hər gün təsirli və düşüncəli davranışlarınızla göstərin.
Kifayət qədər maddi imkanınız olub-olmamasından asılı olmayaraq ailəvi tətilə çıxın.
Dedi-qodu etməyin.
Qumar oynamayın.
İtirəcək heç nəyi olmayan insanlardan ehtiyat edin.
Arxası üstə uzanaraq ulduzlara baxın.
Sızıldamayın.
Unutmayın ki, bir gecədə baş verən hər uğurun arxasında adətən 15 il dayanır.
Bir az baha satsalar da, məhəllənizdən alış-veriş edin.
Avtomobilin yanacaq çəni dörddə birdən aşağıya endikdə ​​onu doldurun.
Vəziyyət nə qədər ağır və acınacaqlı olsa da, soyuqqanlılığınızı itirməyin.
Hər ödənişdə endirim tələb edin.
Yaxşı bir dərziniz olsun.
Hər kəsin önündə diş təmizləyəndən istifadə etməyin.
Özünüzü dəyişdirə bilmə gücünüzün olduğunu küçümsəməyin.
Başqalarını dəyişdirmək üçün gücünüzə çox güvənməyin.
Başqalarının hisslərini bölüşməyə və hadisələrə onların nöqteyi-nəzəri ilə baxmağa çalışın.
Qənaət etmək vərdişinin uğurun təməli olmasını unutmayın.
Kişiliyinizi müdafiəsiz heyvanlara və quşlara atəş açmaqdan başqa üsullarla sübut etməyin yollarını tapın.
Körpüləri yandırmayın. Eyni çayı neçə dəfə keçməli olduğunuza təəccüblənəcəksiniz.
Sabit xərclərinizin artmasına imkan verməyin.
Unutmayın ki, uğurlu evliliyin əsası iki şeydir: doğru insanı tapmaq və doğru insan olmaq.
Problemləri böyümək və özünüzü inkişaf etdirmək fürsəti kimi qəbul edin.
Unutmayın ki, insanlar həmişə həqiqəti bilmək istəmirlər.
Həyatın həmişə ədalətli olmasını gözləməyin.
Vaxtdan səmərəli istifadə ustası olun.
Avtomobilinizi qarajınızda saxlasanız belə, kilidləyin.
Heç vaxt qabları yumadan yatmayın.
Uğurunuzu sizə verdiyi rahatlıq, sağlamlıq və sevgi ilə ölçün.
Bazar günü günortadan sonra gözəllik yuxusu alın.
Qonaq getdiyiniz zaman yeməyi tərifləməyi unutmayın.
Valideynlərinizi, həyat yoldaşınızı və uşaqlarınızı tənqid etmək üçün qarşısıalınmaz bir istək hiss etdiyiniz zaman dilinizi dişləyin.
Problemlərinizlə insanları yükləməyin. Biri sizdən necə olduğunuzu soruşduqda, əla deyin, daha yaxşı ola bilməzdi və necə olduğunuzu soruşduqda, mükəmməl deyin, hər gün yaxşılaşır..
Döyüşmədən razılaşmamağı öyrənin.
Eleqant olun. Heç kəsi bilə-bilə özünüzdən uzaqlaşdırmayın.
Qərar verməzdən əvvəl hər iki tərəfi dinləyin.
Qısqanma, bu, bədbəxtliyin qaynağıdır.
Hər kəsə nəzakətli davranın.
Ağlınıza gələn ideyanı dərhal həyata keçirin. Çünki bu fikir başqasının da ağlına gələ bilər. Uğur ilk hərəkət edənindir.
Davamlı olaraq dürüst olduğunu söyləyənlərdən şübhələnin.
Həyatda qaliblərin həmişə itirənlərin etmək istəmədiklərini edənlər olduğunu unutma.
Səhər işə gələndə ağzınızdan ilk çıxan şey hər kəs üçün müsbət bir şey olsun.
Təhlükəsizliyi yox, fürsət axtarın. Limandakı qayıq təhlükəsizdir, lakin bir müddət sonra onun altı çürüməyə başlayır.
Evinizdə qaz detektoru quraşdırın.
Səyahət zamanı üzərinizdə öz adınızı və soyadınızı, ev telefon nömrənizi, dostunuzun və ya yaxın qohumunuzun telefon nömrəsini, vacib tibbi məlumatları, qalacağınız otel və ya motelin telefon nömrəsini. özündə əks etdirən kart daşıyın.
Həyatınızı bir məna kəsb etmək cəhdi kimi deyil, bir çılğın kimi yaşayın.
“Kaş ki” sözü əvəzinə “gələn dəfə” sözü deməyi öyrənin.
“Problem” sözü əvəzinə “fürsət” sözü deməyə çalışın.
Ən sevdiyiniz kitabları yenidən oxuyun.
Həyatını elə yaşa ki, məzar daşına “heç vaxt peşman olmadı” sözləri yazıla bilsin.
Hər bahalı şeyin mütləq keyfiyyətli olacağını düşünməyin.
Aldanmayın. Bir şey həqiqət ola bilməyəcək qədər yaxşı görünürsə, böyük ehtimal ki, yaxşı deyil.
Bir-iki günə maşın icarəyə götürmək istəyəndə pulunu xərclə və ən dəbdəbəlisini icarəyə götür.
Heç vaxt sərxoş sürücüsü olan avtomobilə minməyin.
Atılqan və cəsarətli olun. Bir gün geriyə baxanda etdiklərinizdən çox, etmədikləriniz üçün peşman olacaqsınız.
Ev alarkən bu üç vacib şeyi nəzərə alın: məhəlləsi, məhəlləsi, məhəlləsi.
Köhnə fotoşəkilləri nəzərdən keçirin. On dənəsini mətbəx şkaflarınıza lentlə yapışdırın və ayda bir dəfə dəyişdirin.
İnsanlar sizə ehtiyac duyduqlarında onların yanında olun.
Səhv olma ehtimalınız olsa belə, qətiyyətlə hərəkət edin.
Möhtəşəm olduğunu düşündüyünüz ideyalarınızı gerçəkləşdirməkdən sizi yayındırmalarına qətiyyən imkan verməyin.
İşinizi daha yaxşı görmək üçün kiçik də olsa hər gün yeni şeylər sınayın.
Heç kim təkbaşına uğur qazana bilməz. Sizə kömək edənlərin haqqını unutmayın və onlara minnətdar olun.
Öz davranışlarınıza özünüz qərar verin. Başqalarının sizi idarə etməsinə icazə verməyin.
Avtomobilinizdə akkumulyator üçün keçid kabeli saxlayın.
Sadiq ol.
Heç vaxt sevdiyiniz birinə çatışmazlıqlarına işarə edən hədiyyə verməyin.
Dişlərinizi fırçalayarkən kranı bağlayın.
Otağı hansı rəngə boyayacağınızdan əmin deyilsinizsə, onu ağ rəngə boyayın.
Küçə musiqiçilərinə dəyər verin. Bir az vaxt ayırın, qulaq asın və onlara bir az pul verin.
Ciddi sağlamlıq problemi ilə qarşılaşdığınız zaman ən azı üç fərqli həkim rəy alın.
Heç vaxt bərbərinizdən saç kəsiminizin vaxtının çatıb-çatmadığını soruşmayın.
Gecə klublarından uzaq durun.
Günə sevdiyiniz musiqi ilə başlayın.
Məhkəməyə gedib bir açıq məhkəmə iclası izləyin.
Konfranslarda ön sıralarda oturmağa çalışın.
Həkimlərin və tibb bacılarının sizi qorxutmasına imkan verməyin. Xəstəxanada olsanız belə, bədəniniz yenə də sizindir.
Xəstəxana hesablarını diqqətlə araşdırın. Araşdırmaya görə (ABŞ-da), bu hesabların 89%-i xəstəxanalara üstünlük verən səhvlərdən ibarətdir.
Ətraf mühiti çirkləndirənlərə qarşı müharibə elan edin.
Öz ağacınızı özünüz kəsin.
Evlilik mübahisəsində kimin günahkar olmasından asılı olmayaraq üzr istəyin. “Bağışlayın, səni incitdim, məni bağışlayın” deyin. Bunlar şəfa verən sehrli sözlərdir.
Nailiyyətlərinizlə öyünməyin.
Zəif xidmət və ya keyfiyyətsiz məhsulla qarşılaşsanız, bu barədə əlaqədar vəzifəli işçilərə məlumat verin. Yaxşı bir menecer şikayətinizi qiymətləndirəcəkdir.
Bu günün işini sabaha saxlamayın.
Uşaqlarınıza kitab oxuyun.
Uşaqlarınıza mahnı oxuyun.
Uşaqlarınızı dinləyin.
Ad-sanınızı qoruyun. Bu sizin ən böyük sərvətinizdir.
Yağışda avtomobilinizin faralarını yandırın.
Özünüzə yazığınızın gəlməyini dayandırın. Bu hissə qapıldıqda sizdən daha şanssız birinə kömək edin.
Paylaşın.
Sizdən gözləniləndən daha yaxşısını etməyə çalışın.
Köməyə ehtiyacınız olduğunu başa düşdükdə, yardım istəməkdə gecikməyin.
Öz yaşınıza uyğun bir həkim seçin ki, birlikdə yaşlanasınız.
Təcili ləkə təmizləyici kimi sodadan istifadə edin.
Yük maşını olan bir dostunuz olsun.
Ölməzdən əvvəl sınamaq istədiyiniz 25 şeyin siyahısını tərtib edin, əl çantanızda saxlayın və tez-tez nəzərdən keçirin.
Öz dininizdən başqa üç din haqqında da məlumatınız olsun.
Telefona enerjili və şən səslə cavab verin.
Tanış olduğunuz hər kəs sizin bilmədiyiniz bir şeyi bilir. Onlardan öyrənin.
Valideynlərinizin gülüşünün audiosunu yazın.
Qəza vəziyyətində sükandakı hava yastığı açılan avtomobil almağa çalışın.
Az tanıdığınız biri ilə rastlaşdıqda əlinizi uzadın və adını deyin. Sizi xatırlamaya bilərlər.
Çoxlu gülün. Həyatın pisliklərinə çox xeyirlidir.
Şirin söz və şirin davranış ilanı öz dəliyindən çıxarar.
Bəyənmədiyin yemək gətirdiyi üçün ofisiantı günahlandırıb ona az bəxşiş vermə. Bunu bişirən o deyil.
İstifadəçi təlimatının nə tövsiyə etməsindən asılı olmayaraq, avtomobilinizin yağını və filtrini hər 5000 km-dən bir dəyişdirin.
Evdə yanğın məşqi edin. Hər kəsin belə bir vəziyyətdə nə edəcəyini bildiyinə əmin olun.
“Bilmirəm”, “Bir xətaya yol verdim”, “Köməyə ehtiyacım var”, “Üzr istəyirəm” kimi sözlər deməkdən çəkinməyin.
Yatağınızın yanında qələm və kağız saxlayın. Milyard dollarlıq ideyalar bəzən gecə saat üçdə gələ bilir.
İşi nə qədər əhəmiyyətsiz olursa-olsun, “çörək pulu” qazanmaq üçün çalışan hər kəsə hörmət edin.
Bazar günləri ən azı iki qəzet oxuyun.
Sevdiyinə əvvəlcə çiçəyi göndər, səbəbini isə sonra düşün.
Uşaqlarınızın idman oyunlarını izləyin.
Xəyallarınızdakı ideal işinizi tapdığınız zaman maaşınız nə olursa-olsun həmin işə girməyə çalışın. Əgər siz həqiqətən bu işin adamısınızsa, şirkət tezliklə sizə layiq olduğunuz maaşı verəcək.
Zamandan və ya sözlərdən ehtiyatsız istifadə etməyin. Heç biri geri qaytarıla bilməz.
Uşaq yıxılıb dizini və ya dirsəyini sıyırdıqda, hər zaman “dayan, öpüm, keçsin” deyin və onun qayğısına qalın.
Yeni fikirlərə açıq olun.
Bundan sonra nə olacağını düşünərək anın sehrini pozmayın.
Bir jurnalistlə danışanda unutmayın ki, son sözü həmişə onlar deyir.
Özünüz üçün qısa və uzunmüddətli hədəflər təyin edin.
Xaricə səyahətə çıxanda ya o yer haqqında kitablar oxuyun, ya da videolar izləyin.
Heç kimin sözünü kəsməyin.
Hava limanında kimisə qarşılamazdan əvvəl gecikmənin olub-olmadığını öyrənmək üçün zəng edin.
Sıxılmış meyvə suyu için.
Vacib qərar verərkən tələsməyin. “Ətraflı düşünmək üçün bir az daha vaxt istəyirəm, sizə sabah zəng edə bilərəm?” deməyinizi anlayışla qarşılayarlar.
İnsanlara verdiyiniz tövsiyələrə zidd davranış nümayiş etdirməyin.
Başladığınız hər işi bitirin.
Hər yeməkdən sonra sükür edin.
Başqalarının həyatını idarə etməkdə israr etməyin.
Uşaqlarınızı zooparka aparın.
Hər böyük problemin arxasında böyük imkanlar gizlənə bilər. Gözlərinizi açın.
Evə gəldikdə avtomobilin açarlarını və pul qabınızı həmişə eyni yerə qoymağı vərdiş edin.
Kartla bir fokus göstərməyi öyrənin.
Heç vaxt işdə yorğun, ac və ya canınızın sıxıldığını hiss etdirməyin.
Hər səhər 30 dəqiqə tez durun. Bir ildən sonra oyanma saatlarınıza 7,5 gün əlavə etmiş olacaqsınız.
Eyni xətaya iki dəfə yol vermə.
Evinizin ehtiyat açarlarını avtomobilinizdə saxlayın.
“Çox az şey edə bilirəm” deyib heç nə etməmək əvəzinə bacardığınız hər şeyi edin.
Qazancınızın 10%-nə qənaət edin.
Sizdən çox və ya az pulu olan insanlarla pul mövzusunda danışmayın.
Satışda endirimdə olduğu üçün heç vaxt ehtiyacınız olmayan bir şeyi almayın.
Yaxşı geyinmək üçün çox çalışdığını tanıdığınız birinə həmişə gözəl göründüyünü söyləyin.
Çox çalışaraq əldə etdiyiniz bir şeydən zövq almaq üçün vaxt ayırın.
Valideynlərinə zəng vur.
İnsanların xəyallarına heç vaxt lağ etməyin.
Əgər hər hansı bir mövzuda ekspert olmağa çağırılırsınızsa, imtina etməyin.
Özünüzü əla hiss etdiyiniz üzünüzdən aydın olsun.
Hər il mükafat alan kitabları oxuyun.
Könüllü olmaqdan çəkinməyin. Bəzən heç kimin görmək istəmədiyi iş böyük imkanları gizlədir.
Səyahətlərinizi həmişə turizm agentliyi ilə planlaşdırın. Daha az pul ödəməkdən əlavə, vaxtınıza da qənaət edəcəksiniz.
Peşəkar əlaqələrinizdə istifadə edə biləcəyiniz bir fotoşəkiliniz olsun. Onu hər üç ildən bir yeniləyin.
Heç vaxt ailə ənənəsini ilk pozan olmayın.
Ağ vərəqi heç vaxt imzalama.
Avtomobilinizi uşaqlarınızın sürməsini istədiyiniz şəkildə idarə edin. Avtomobilinizdə uşaqlarınız varsa, heç vaxt ehtiyatsız davranaraq sürətlə sürməyin.
Mübahisə zamanı dürüst olun. Heç vaxt kobud söz işlətməyin.
Süfrədə heç vaxt qızardılmış toyuqun son parçasını yeməyin.
Borc almağa gedərkən çox pulun varmış kimi geyinin.
Taksilərdə heç vaxt avtomobilin içinə düşən əşyaları götürməyin.
İnsanlara qohumlarına baxaraq qiymət verməyin.
İş yerində peşəkar biliklərinizi artıracaq istənilən təcrübə fürsətindən yararlanın.
Səyahət edərkən qiymətli daş-qaşlarınızı özünüzlə aparmayın.
Səyahətə gedərkən ünvanınızı çamadanınızın kənarına və içərisinə yazın.
Tanıdığınız hər kəsin nədənsə qorxduğunu, nəyisə sevdiyini və nəyisə itirdiyini unutmayın.
Oteldən ayrılarkən xərc hesablarınızı, xüsusən də şəhər və şəhərlərarası telefon haqlarını diqqətlə incələyin.
Yavaş danışın, amma sürətli düşünün.
Cavab vermək istəmədiyiniz sualla qarşılaşdığınız zaman gülümsəyin və bu sualı ünvanlayana niyə bilmək istədiyini soruşun.
Sizə əmanət edilən bir sirrə heç vaxt xəyanət etməyin.
Qalibiyyətinizi əvvəlcədən elan etməyin.
Sobada nəsə qaynayarkən heç vaxt mətbəxdən çıxmayın.
Kimsə asqırdıqda, ona “çox yaşayın” deyin.
Günaha uyğun cəza verin.
Sizin imtina etdiyiniz eyni vəziyyətdə olan başqa birisinin “Aman Allahım, nə gözəl fürsətdir” deyə biləcəyini unutmayın.
Ailənizlə gündə ən az bircə dəfə də olsa, birlikdə yemək yeyin.
Üç şeyi unutmayın: özünüzə hörmət, başqalarına hörmət və bütün hərəkətləriniz üçün məsuliyyət hissi.
İtirdiyiniz zaman ondan öyrəndiyiniz dərsi heç vaxt unutmayın.
Şam yeməyi dəvətinə gedərkən ev sahibi üçün hər zaman bir hədiyyə aparın. Kitab yaxşı seçimdir.
Avtomobilinizdə və evinizdə əskiksiz bir ilk yardım çantası saxlayın.
Kiçik bir anlaşılmazlığın böyük dostluqlara xələl gətirməsinə imkan verməyin.
Sizdən çox fərqli fikirləri olan biri ilə müəyyən vaxtlarda zaman keçirməyi vərdiş halına salın.
Özünüz özünüzə problem yaratmayın.
Başqalarının problemlərini üzərinizə götürməyin.
Başqalarına gözlədiklərindən daha çoxunu, özü də sevinc hissi ilə verin.
Sizin üçün haqlı olan bir səbəb uğrunda mübarizə aparan ilk siz olun.
Sizi həyəcanlandıran iki şey arasında seçim etməli olduğunuz bir vəziyyətə düşdükdə həmişə əvvəllər heç vaxt sınamadığınız birini seçin.
Unutmayın ki, uşaqlarınızla keçirdiyiniz vaxt heç vaxt boşa getmir.
Etmək istədiyiniz şeyləri niyə edə bilmədiyinizi deyən insanlar həmişə olacaq. Onlara qulaq asmayın.
Biznesinizə yeni tərəfdaş əlavə etməyi düşünürsünüzsə, tərəfdaşınızın da kapitala töhfə vermək üçün pulunun olduğundan əmin olun.

# 106 dəfə oxunub

Oxşar xəbərlər

Günəş zülmətdən doğar - Aliyə Kərimzadənin essesi

Günəş zülmətdən doğar - Aliyə Kərimzadənin essesi

11:00 27 sentyabr 2025
Qələbədən sonrakı səssizlik -  Reallığın ütüsüz üzü

Qələbədən sonrakı səssizlik - Reallığın ütüsüz üzü

11:00 27 sentyabr 2025
Anım Günü münasibətilə II Şəhidlər Xiyabanı  ziyarət edilir

Anım Günü münasibətilə II Şəhidlər Xiyabanı ziyarət edilir

10:08 27 sentyabr 2025
Məhkəmə ​​​​​​​İrəvan Teatrının sabiq direktoru ilə bağlı qərar verdi

Məhkəmə ​​​​​​​İrəvan Teatrının sabiq direktoru ilə bağlı qərar verdi

17:45 26 sentyabr 2025
Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

16:17 26 sentyabr 2025
Sözün köynəyindən keçən adam - Nəriman Əbdülrəhmanlı

Sözün köynəyindən keçən adam - Nəriman Əbdülrəhmanlı

15:34 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər