Türkiyə məşhurlara narkotik əməliyyatı: Mustafa Ceceli, Melek Mosso və digərləri saxlanıldı

Türkiyə məşhurlara narkotik əməliyyatı: Mustafa Ceceli, Melek Mosso və digərləri saxlanıldı
7 aprel 2026
# 11:26

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Kulis.az xəbər verir ki, əməliyyat zamanı müğənnilər Simge Sağın, Melek Mosso, Mustafa Ceceli, Ersay Üner və Bengü Erdən, həmçinin aktyor İbrahim Çelikkol, Deha Bilimlier və Aslı Sipahi Hacısüleymanoğlu saxlanılıb.

Beykoz Cumhuriyyət Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, istintaq İstanbul İl Jandarma Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi ilə koordinasiyalı şəkildə aparılır.

Açıqlamada qeyd olunub ki, “ictimaiyyətə tanış şəxslərə” qarşı “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə və ya saxlama, eləcə də narkotik maddə istifadə etmə və təmin etmə” ittihamları üzrə aparılan araşdırma çərçivəsində əldə edilən sübutlar, daxil olan məlumat və şikayətlər əsasında adıçəkilən şəxslərin bu cinayətlərdə iştirak etdiyi müəyyən edilib.

Bu əsasla, Beykoz Sülh Cinayət Hakimliyinin qərarı ilə 7 aprel 2026-cı il tarixində eyni vaxtda saxlanılma, axtarış və müsadirə tədbirləri həyata keçirilib. İstintaqın davam etdiyi bildirilir.

# 1093 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər