Tramp yazıçını məhkəməyə verdi

Tramp yazıçını məhkəməyə verdi
28 iyun 2023
# 11:26

ABŞ-nin keçmiş prezidenti Donald Tramp əvvəllər onu zorlama və böhtan atmaqda ittiham edən yazıçı Elizabeth Jean Kerrolla qarşı əks iddia qaldırıb.

Kulis.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Donald Tramp Kerrollu zorlama iddialarına görə onun reputasiyasına xələl gətirməkdə ittiham edir, baxmayaraq ki, hakim onu bu ittiham üzrə təqsirli bilməyib.

Agentliyin məlumatına görə, Trampın nümayəndələrinə qarşı iddia qaldırmaq imkanı məhkəmənin yazıçıya Ağ Evin keçmiş rəhbərinə qarşı iddianı əlavə etməyə icazə verməsindən sonra yaranıb. Buna səbəb eks-prezidentin CNN telekanalının efirində yazıçını “dəli”, onun arqumentlərini “saxta” və “uydurma” adlandırması olub. Bu iş üzrə icraatın başlanması 2024-cü ilin yanvar ayına təyin edilib. Kerroll Trampdan 10 milyon dollar təzminat tələb edir.

Mayın 9-da Nyu-Yorkda münsiflər heyəti Trampı təqib və böhtan atmaqda ittiham edən yazıçının mülki iddiasında təqsirli bilib, münsiflər heyəti isə onu zorlamada təqsirli bilməyib. Ağ Evin keçmiş rəhbəri Kerrolla 5 milyon dollar ödəməlidir.

# 2072 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər