“Teyyub Qurban-90” - Kitab sərgisi

“Teyyub Qurban-90” - Kitab sərgisi
18 dekabr 2024
# 13:13

Milli Kitabxanada şair Teyyub Qurbanın anadan olmasının 90 illiyi ilə əlaqədar “Teyyub Qurban-90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə şairin əsərləri, tərcümələri, tərtibçi və redaktor olduğu kitablar, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Qeyd edək ki, tanınmış şair, tədqiqatçı Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxıb. Dövri mətbuatda müntəzəm çıxış edib.

Teyyub Qurban "Mənim gəncliyim", "Dostluğun gücü", "Unudulmayan", "Yanğı", "El yolu", "Gözəllik yarışı", "Ömrün gənclik yazı", "Dönməzlik", "Sara", "Məcra", "Düşmənlərindən güclü şəxsiyyət", "Müqəddəs məkanda Qüdsümüz vardır" və s. kitablarının müəllifidir

Onun Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi "Yaşayan ömür" pyesi Azərbaycan Dövlət Gənclər Teatrında tamaşaya qoyulub.

Şeirləri ayrı-ayrı xalqların dilində çap olunub.

# 2722 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər