Şort, şəpik geyinənlərin girişi qadağan ediləcək - “La Skala” teatrına...

Şort,  şəpik geyinənlərin girişi qadağan ediləcək  - “La Skala” teatrına...
7 iyul 2025
# 16:39

Milanın məşhur “La Scala” opera teatrına şort, köynək və ya şəpik geyinən tamaşaçıların girişi qadağan ediləcək.

Kulis.az xəbər verir ki, “La Skala” rəhbərliyi bəzi tamaşaçıların çimərliyə daha uyğun gələn paltar geyinməsi ilə bağlı şikayətlərdən sonra onlara operaya nə geyinməməli olduqlarını xatırladıb.

“La Skala”nın girişində “davranış qaydaları” lövhəsi vurulub, orada tamaşaçılar “teatrın etiketinə uyğun geyim seçsinlər” yazılıb. Qeyri-adekvat geyinənlərə biletin pulu da geri qaytarılmayacaq. Mesaj biletlərdə və opera evinin saytında da yerləşdirilib.

Geyim kodunu xatırlatmaq “La Scala” teatrının etiket qaydalarının daha geniş şəkildə yenidən qurulmasının bir hissəsidir.

Qeyd edək ki, tamaşaçılara özləri ilə yemək və içkilər gətirmək, tamaşa zamanı foto və ya film çəkmək də qadağandır. Həmçinin onlara tövsiyə olunur ki, mobil telefonlarını balkonun məhəccərinə qoymasınlar, çünki o, aşağı düşərək başqa tamaşaçını zədələyə bilər.

# 176 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd  yayıldı

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

18:46 7 iyul 2025
Peruda 3500 illik  şəhər tapıldı

Peruda 3500 illik şəhər tapıldı

18:35 7 iyul 2025
Rəşad Məcid:  "Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə..."

Rəşad Məcid: "Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə..."

17:17 7 iyul 2025
Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları müəyyənləşdi

Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları müəyyənləşdi

16:44 7 iyul 2025
"Çayxanalar mənim həyatımda xüsusi rol oynayıb" - Kamal Abdulla

"Çayxanalar mənim həyatımda xüsusi rol oynayıb" - Kamal Abdulla

15:58 7 iyul 2025
I Pyotra qarşı vuruşan ilk qadın qiyamçının hekayəsi - Qəbulə xanım kim idi?

I Pyotra qarşı vuruşan ilk qadın qiyamçının hekayəsi - Qəbulə xanım kim idi?

14:15 7 iyul 2025
# # #