Dünyanın ən məşhur 10 arxeoloji abidəsi

Dünyanın ən məşhur 10 arxeoloji abidəsi
6 iyul 2025
# 15:00

Kulis.az dünyanın ən məşhur 10 arxeoloji abidəsini təqdim edir.

Tutanxamonun məzarı (Misir)


Tutanxamon qədim Misir fironlarından biridir. Onun məzarı 1922-ci ildə Hovard Karter tərəfindən kəşf edilib. Məzarda yaşı minilliklərlə ölçülən qızıl zinətlər və digər qiymətli əşyalar tapılıb.

Troya şəhəri (Türkiyə)


Troya qədim şəhərdir və onun haqqında ən erkən məlumatlar yunan şairi Homerin "İliada" əsərində verilib. Şəhər Troya müharibəsi ilə məşhurdur. Orada arxeoloji qazıntılara XIX əsrdə başlanıb. 1998-ci ildə YUNESKO tərəfindən dünya irsi siyahısına daxil edilib.

Maçu Piççu (Peru)


İnk imperiyasının itmiş şəhəri sayılan Maçu Piççu XV əsrdə And dağlarında inşa edilib. YUNESKO-nun Dünya İrsi siyahısındadır.


Pompey şəhəri (İtaliya)


Qədim Roma şəhəri Pompey eramızın 79-cu ilində Vezuvi vulkanının partlaması nəticəsində məhv olub. İndi açıq hava muzeyi kimi fəaliyyət göstərir..

Stounhenc (Böyük Britaniya)


Böyük Britaniyada Uiltşir qraflığında yerləşən Stounhenc neolit dövrünə və tunc dövrünə aid dünyaca məşhur nəhəng daşlardan ibarət qədim monumentdir. Tarixi, təxminən, eramızdan əvvəl III- II minilliklərə aiddir.


Lasko mağaraları (Fransa)


Fransada qayaüstü rəsmlərin sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biridir. Burada, təxminən, 17 min il əvvələ aid mağara rəsmləri tapılıb. İnsanların erkən dövrdə incəsənətlə məşğul olduğunu göstərir.

Azıx mağarası (Azərbaycan)


Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarası arxeoloji tədqiqatlar üçün böyük əhəmiyyət daşıyır. Burada aparılan qazıntılar nəticəsində insan yaşayışının ən qədim izləri, o cümlədən çənə sümüyü tapılıb.

Terrakota Ordusu (Çin)


Terrakota 1974-cü ildə Çində kəşf olunmuş Yeraltı Heykəllər Ordusudur. İlk Çin imperatoru Sin Şi Xuandinın məzarında olan minlərlə kərpicdən ibarət bu döyüşçü fiqurların imperatorun məzarını qoruduğuna inanırlarmış.


Göbəklitəpə (Türkiyə)


Dünyanın ən qədim məbədlərindən biridir, təxminən, 11-12 min il əvvələ aiddir. Göbəklitəpə dünyada ən qədim istehkam məbəd kompleksi hesab olunur. Bu ərazi dünyanın ən önəmli kəşflərindən biri hesab edilir. Göbəklitəpənin tarixi Misir piramidalarının tarixindən daha qədimlərə gedib çıxır.


Petra şəhəri (İordaniya)


Dünya mədəni irsinin ən gözəl nümunələrindən biri olan qədim Petra şəhəri İordaniyada yerləşir. Əvvəllər Edom, daha sonralar isə Nəbatilər dövlətinin paytaxtı olan bu şəhər İordaniyanın ən məşhur arxeoloji və turizm mərkəzidir. Qaya oyma memarlığı ilə tanınan Petra da YNESKO-nun Dünya İrsi siyahısına daxildir.

# 2960 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər