Rahid Uluselin yeni kitabı çap olundu

Rahid Uluselin yeni kitabı çap olundu
5 iyul 2025
# 13:11

Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru Rahid Uluselin “İlğımdan Absurda, yoxsa Gerçəkdən Həqiqətə?!” adlı yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında çap edilən kitaba müəllifin dünya, ümumtürk və Azərbaycan mədəniyyətinə dair araşdırmaları, 2020-ci il Vətən müharibəsi dövründə qələmə aldığı məqalələri, müxtəlif mövzulu polemik fəlsəfi esseləri, klassik aforizm yaradıcıları xüsusunda yazıları, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdəki (Seul, Harvard, Stokholm, Afina, Roma) çıxışları daxil edilib.

Kitabda Türk sivilizasiyasının təkamülü, müasir türk dövlətləri arasında siyasi-mədəni birliyin yaranması, İslam sivilizasiyasının yüksəliş və tənəzzül səbəbləri, sivilizasiyalararası dialoqa qlobal təhdidlərin ideoloji kökləri, Qərbin və Rusiyanın Qafqaz siyasətinə münasibətdə Azərbaycanın özünütəsdiq siyasəti, Qarabağ müharibəsindəki qələbəmizin tarixi və siyasi əhəmiyyəti, milli mədəniyyətimizin suveren dövlətçilik təfəkkürü ilə özünü dərk etməsi kimi aktual məsələlər araşdırılır.

Müəllif “Avesta”, “Tövrat”, “Quran”, “Bhaqavad Gita”, “Tao Te Çinq” kimi əski mətnləri, Platon, Aristotel, İohann Volfqanq Gete və Fridrix Nitsşenin klassik irsini, Fransua de Laroşfuko, Blez Paskal, Ralf Uoldo Emerson və Rabindranat Taqorun aforizmlərini, Oqyüst Rodenin monumental abidələrini dəyərləndirir. O, İmadəddin Nəsimi və Kuzanlı Nikolas, Məhəmməd Füzuli və Mikelancelo, Hüseyn Cavid və Cibran Xəlil Cibran kimi Şərq və Qərb klassiklərini müqayisəli təhlil edir, həmçinin, çağdaş Azərbaycan alimləri və filosoflarının, yazıçı və şairlərinin yaradıcılığını məhz dünya intellektual və ədəbi-bədii fikri kontekstində nəzərdən keçirir. Harmoniya fəlsəfəsi – bu araşdırmaların əsas metodoloji özəyi kimi çıxış edir.


# 2709 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

12:00 25 oktyabr 2026
Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər