Şöhrət Arifin kitabının təqdimatı oldu

Şöhrət Arifin kitabının təqdimatı oldu
20 iyul 2026
# 17:30

İkinci Türk Dünyası Gənc Şairlər Festivalı çərçivəsində Ağdam Muğam Mərkəzində Özbəkistan Jurnalistlər Birliyinin sədri, tanınmış şair və publisist Şöhrət Arifin Azərbaycan dilində nəşr olunan “Məktubdur ömrüm” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin başçısı, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutan tədbirdə TÜRKSOY-un baş katibi, yazıçı Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan, Türkiyə Yazarlar Birliyinin sədri Muhammed Enes Kala, Türkmənistan Mədəniyyət Nazirliyinin əməkdaşı Akmurad Rəcəbov, eləcə də Türk dünyasından gəlmiş tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Çıxış edənlər son illərdə Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdiyini vurğulayıblar. Natiqlər Şöhrət Arifin yaradıcılığının Azərbaycan oxucusuna təqdim olunmasını iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin təbliği baxımından mühüm hadisə kimi dəyərləndiriblər.

Bildirilib ki, nəşr Türk dünyasının ədəbi inteqrasiyasına, qarşılıqlı tərcümə ənənələrinin zənginləşməsinə və mədəni əməkdaşlığın genişlənməsinə dəyərli töhfədir.

“Məktubdur ömrüm” kitabı Dünya Gənc Türk Yazarlar Birliyi ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə layihəsi çərçivəsində ərsəyə gəlib. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsini təbliğ etmək, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrini daha da möhkəmləndirmək, çağdaş özbək poeziyasını Azərbaycan oxucularına tanıtmaq və Türk xalqları arasında ədəbi-mədəni əməkdaşlığı dərinləşdirməkdir.

Nəşri Azərbaycan dilinə AYB üzvü, “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı uyğunlaşdırıblar. Kitabın redaktoru Əkbər Qoşalı, məsləhətçiləri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmdir.

Bədii rəyçilər AYB katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, layihənin koordinatoru isə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Nilufər Lətifdir.

Tədbir zamanı müəllifin yaradıcılığı haqqında ətraflı məlumat verilib, kitabdan şeir nümunələri səsləndirilib.

Sonda qonaqlar müəllifi təbrik edərək bu nəşrin Azərbaycan və Özbəkistan arasında yeni ədəbi layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliklərini bildiriblər.

# 637 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər