Şeyxdən Rasimə Balayevə: "Yubileyimi təbrik etmədi"

Şeyxdən Rasimə Balayevə:  "Yubileyimi təbrik etmədi"
10 fevral 2025
# 14:24

"Xəstəyəm, amma buna baxmayaraq, son enerjimi "Azərbaycanfilm" kinostudiyasının bərpa olunmasına sərf edəcəyəm ki, meyitxana dirilsin. Bu sənətdə hamı özü üçündür, heç kəs kinostudiyanın qapısını açıb içəri girmək istəmir".

Kulis.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

Aktyor hesab edir ki, bu gün heç kəs sənətkara qiymət vermir:

"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq. Ona görə də sənətkara qiymət vermək adlı şey yoxdur. Çünki çörəyi çörəkçiyə verərlər. Kinonun yiyəsi rejissordur. Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi".

Xalq artisti kinoya, sənətə hörmət etməyənlərin qapısını döymək düzgün deyil:

"Mən şeyx balasıyam, dilənməyi bacarmıram. Mən sənət adına böyük ideyalarla gəlmişdim. Böyük ustadlar getdilər, yerində çör-çöplər qalıb, mən də onlarla ünsiyyət qurmuram".

# 2960 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər