Səlim Babullaoğlu və Jalə İsmayıl beynəlxalq mükafatlara layiq görüldü

Səlim Babullaoğlu və Jalə İsmayıl beynəlxalq mükafatlara layiq görüldü
25 iyun 2023
# 18:20

Azərbaycanın tanınmış şair və tərcüməçiləri Səlim Babullaoğlu ilə Jalə İsmayıl 17-21 iyun tarixlərində Ruminiyayın Krayova şəhərində keçirilən “Mihay Eminesku” Dünya Poeziya Festivalına qatılıblar.

Kulis.az bu il XII dəfə keçirilən festivalda ədəbiyyatçılarımız festivalın direktoru, tanınmış rumın şairi, akademik İon Deakoneskunun dəvəti ilə iştirak ediblər.

Tanınmış şair və tərcüməçilərimiz Səlim Babullaoğlu və Jalə İsmayıl poeziya festivalında beynəlxalq mükafata layiq görülüblər.

Krayova İncəsənət Muzeyi və Nəbatat Bağı, Kalafat şəhəri “Stefan Marinku” Sənət Muzeyi, Krayova Tibb Universiteti, Brankuşi İncəsənt Muzeyi və Mədəniyyət Mərkəzi, Nikolar Romanesku Parkı və başqa tarixi yerlərdə, təhsil və sənət məkanlarında, habelə görkəmli rumın şairi Mihay Emineskunun abidəsi yanında gerçəkləşən festival boyu dəvətli şairlər şeirlər oxuyub, çıxışlar ediblər.

Qeyd edək ki, XII “Mihay Eminesku” Dünya Poeziya Festivalına rumıniyalı şairlərlə yanaşı, Azərbaycan, ABŞ, Almaniya, İtaliya, Fransa, İspaniya, Meksika, Seneqal, Makedoniya, Serbiya, Kosovo, Yunanıstan, Monteneqro, Belçika, Argentina, Bolqarıstan, Braziliya və Çilidən 30-a yaxın şair iştirak edib.

# 1954 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər