“Saqınbaydın manası” kitabının təqdimatı oldu

“Saqınbaydın manası” kitabının təqdimatı oldu
10 iyun 2023
# 11:36


II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası ilə birgə hazırlanan "Saqımbaydın Manası" kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, kitabın müəllifi "Manas" dastanını ən uzun səsləndirdiyinə görə Ginnesin Rekordlar Kitabına daxil olan tanınmış qırğız manasçısı Rısbay İsakovdur.

Kitabda folklorşünas alimlər arasında eposun klassik variantı sayılan Sağımbəy Orozbakovun 9 cildlik dastanının poetik variantı təsvir edilir. "Saqımbaydın Manası" kitabında müəllif eposun mənalarının şərhləri ilə yanaşı, müxtəlif arxaizmlərin və başqa dillərdən götürülmüş sözlərin izahını verir.

Kitabın təqdimatında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Mirbek Karıbayev qeyd edib ki, Rısbay İsakovun kitabı nəsillər arasında mövcud olan bağlılığın bariz sübutudur: “Qırğız xalqının mənəvi həyatının gözəl nümunəsi olan “Manas” eposu, dastançılıq sənətinin parlaq zirvəsi kimi bütün Türk dünyasının zəngin mədəni irsinin sərvətidir. Ona görə də, kitabın Türk dünyasının mədəni irsinin təbliği üçün yüksək qiymətə malikdir".

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedar çıxışında qeyd edib ki, "Manas" dastanı ümumi Türk tarixini və mədəniyyətini əks etdirən, eyni zamanda türkçülük şüurunu özündə ehtiva edən bir dastandır. Eposda bütün türk boyları ümumi adla çağırılır. Bu səbəbdən "Manas" dastanı təkcə qırğızlar üçün deyil, bütün Türk dünyası və türkçülük üçün böyük əhəmiyyət kəsb edir".

Mərasim kitabın müəllifi Rısbay İsakovun ifasında "Manas" dastanından bir parçanın ifası ilə davam edib.

Tədbir tamaşaçıların və medianın böyük marağına səbəb olub.

# 2150 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər