"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub

"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub
6 dekabr 2025
# 11:40

"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub.

Kulis.az xəbər verir ki, konsertdə improvizasiya, virtuoz ifa tərzi və emosional dolğunluq vahid bir musiqi nəfəsi kimi səhnədə canlandırılıb.

Konsert proqramında Azərbaycan və Fransadan olan tanınmış sənətçilər çıxış edərək öz fərdi üslubları və ustalıqları ilə gecəyə xüsusi rəng qatıblar.

Paris və Bakı arasında yaradıcılıq fəaliyyətini davam etdirən tanınmış azərbaycanlı pianoçu, bəstəkar və aranjımançı Etibar Əsədlinin musiqisi Şərq və Qərbin kəsişdiyi bir körpü kimi muğamı, cazı, xalq və akademik musiqi ünsürlərini bir araya gətirir. E.Əsədlinin ifası və kompozisiyaları Avropanın nüfuzlu səhnələrində böyük maraqla qarşılanır.

Azərbaycan musiqi səhnəsinin ən güclü və ifadəli vokallarından biri, yeni nəsil muğam ifaçılarının seçilən nümayəndəsi olan İlkin Dövlətovun səsi ənənəvi Şərq intonasiyasını müasir caz ilə ustalıqla birləşdirir və hər ifaya xüsusi emosional dərinlik qazandırır.

Azərbaycanın Əməkdar artisti, beynəlxalq festivallarda və çoxsaylı layihələrdə çıxış edən tanınmış bass ifaçısı Ruslan Hüseynovun texnikaya əsaslanan, lakin eyni zamanda yumşaq və musiqiyə xidmət edən üslubu səhnədə ritmik sabitlik və harmonik zənginlik yaradır.

Avropanın bir çox məşhur caz səhnələrində çıxış edən istedadlı fransız baraban ifaçısı Martin Vangermi (Fransa) texniki dəqiqliyi, zərb alətlərində ritmik incəlikləri və səhnədə canlı enerjisi ilə fərqlənir. Martin ifasında improvizasiya və dinamik ritmləri birləşdirərək konsertə xüsusi caz atmosferi bəxş edib.

Gecə ərzində milli Azərbaycan melodiyaları cazın müasir ritmləri ilə qovuşaraq dinləyicilərə əsl musiqi zövqü və yeni bədii təcrübə yaşadıb.

"Sanat Art Center" bu kimi layihələrlə Azərbaycan musiqisinin zənginliyini və çağdaş ifadə imkanlarını geniş auditoriyaya çatdırmağı, yerli və beynəlxalq musiqiçiləri bir araya gətirən platforma rolunu daha da gücləndirməyi hədəfləyir.

# 1043 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər