Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı

Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı
11 fevral 2025
# 14:50

Rusiyanın Federal Vergi Xidməti (FTX) azərbaycanlı bloqqer Hüseyn Həsənova məxsus “Banda Foods” şirkətinin hesablarını bloklayıb. Səbəb vergilərin ödənilməməsidir.

Kulis.az xəbər verir ki, Kreml Azərbaycana təzyiq göstərmək üçün sərt tədbirləri, o cümlədən pul köçürmələrini məhdudlaşdırmaq, taxıl tədarükünü əngəlləmək və nəqliyyat marşrutlarına yenidən baxmağı düşünür.

Bloqqer Həsənov bu kontekstdə repressiyaların ilk gözə çarpan hədəfi olub.

Hüseyn Həsənov kimdir?

Hüseyn Həsənov Rusiyanın ən məşhur videobloqqeri hesab edilir.

Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstaqram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.

Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi. Lent.az

# 2257 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər