Romada qədim tarixə malik mərmər büst tapıldı

Romada qədim tarixə malik mərmər büst tapıldı
17 iyul 2023
# 17:30

İtaliyanın qədim mərkəzi olan Roma şəhərinin əsas tarixi ərazilərindən birində aparılan tikinti işləri nəticəsində qədim dövrlərə aid ağ mərmər büst aşkarlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhərin meri Roberto Qualtieri məlumat verib: “Roma öz tarixi keçmişinin qiymətli sübutlarını qaytarmağa davam edir. Romanın tarixi məkanlarından olan Piazza Augusto Imperatore-də aparılan təmir işləri zamanı gözəl tarixi mərmər baş və digər dəyərli əşyalar tapılıb. Bu isə bizim ölkə üçün qürurvericidir”.

Onun sözlərinə görə, arxeoloqlar və bərpaçılar hazırda tapıntıları bərpa edərək, onu tədqiq etməklə məşğuldurlar: “Büstün üzə çıxarılması arxeoloqların diqqətli işi sayəsində mümkün olub və ümid edilir ki, tapıntı mütəxəssislərə şəhərin qədim tarixi haqqında tədqiqatları daha da dərinləşdirməyə kömək edəcək. İlkin rəylərə əsasən, yeni tapılan mərmər büstün gözəllik ilahəsi kimi təsvir olunan Afroditanın heykəlinə aid olması ehtimal edilir”.

Qeyd edək ki, konservatorlar və arxeoloqlar hazırda bu qədimi əşyanı bərpa etməyə ümid edirlər, eyni zamanda, əsas məqsəd arxeoloji tapıntını dərindən tədqiq edərək, onun yaşını və hansı dövrə aid olduğunu müəyyənləşdirməkdir.

# 1889 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər