Reyhan Müslümovanın bacısı: "Həkim onu sərxoş halda əməliyyat edib"

Reyhan Müslümovanın bacısı:  "Həkim onu sərxoş halda əməliyyat edib"
29 aprel 2023
# 10:50

Mərhum müğənni Reyhan Müslümovanın bacısı İsmət "Elgizlə izlə" verilişində qonaq olub.

Kulis.az xəbər verir ki, o, bacısının vəfatından danışarkən həkimin bacısının vəfatını bir həftə onlardan gizlətdiyini bildirib.

"Əməliyyata bir ay əvvəl yazılmışdı. Pis yuxu görmüşdü, özünü qanın içində ölmüş halda görmüşdü. Əvvəl dedi, getməyəcəyəm, sonra fikrini dəyişdi. Həkimin axşam ad günü olub, səhər əməliyyata sərxoş halda gəlib. İşıqlar sönüb, hamı deyib girmə əməliyyata. Reyhan deyib, yox, edəcəyəm. Həkim əli əsə-əsə əməliyyat edib. Getdim ki, qanın içindədir. Bacım şəkər xəstəsi idi, qohumumuz həkim idi, məsləhət görmürdü. Reyhan da deyib, yox, qarın piyimi götüzdürməliyəm. Düz 11 kiloqram piy götürüblər.

Bacım ölüb, yalandan deyirlər, ayıldı, yaxşıdır. Belə ediblər ki, həkimi həbs etməsinlər. Yalandan bizə dərman aldırırlar, deyirlər, yaxşıdır. Bir həftə sonra açıqladılar ki, ölüb. Onu da qohumumuz gedib görüb. Həkimlər içəri girməyə icazə veriblər. Baxıb deyib ki, Reyhan ölüb bunu niyə burada saxlamısınız?", - deyə sənətçi qeyd edib.

# 5901 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər