Repressiya qurbanı Bəkir Çobanzadə haqqında bədii-sənədli film hazırlandı

Bəkir Çobanzadə

Bəkir Çobanzadə

24 fevral 2023
# 10:30

Azərbaycan Televiziyası görkəmli dilçi-alim, repressiya qurbanı Bəkir Çobanzadə haqqında bədii-sənədli film hazırlayıb.

Kulis.az xəbər verir ki, QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “İş № 715” adlı filmdə dilçi-alimin həyatından bəhs edilir.

Filmdə Bəkir Çobanzadənin təhsili, yaradıcılığı, repressiyaya məruz qalması və həyatında baş verən önəmli hadisələr haqqında məlumat verilib. Bədii-sənədli filmdə B.Çobanzadənin repressiyaya məruz qalaraq ittiham edilməsi, dindirilməsi, həbs müddəti səhnələşdirilib.

Bəkir Çobanzadəyə qarşı irəli sürülən ilk ittihamlar sovet imperiyasının əleyhinə fəaliyyət göstərməsi və əks-inqilabla məşğul olması idi. B.Çobanzadə bu ittihamlarla razılaşmayıb, hər birini rədd edib. 52 dəfə dindirilən Çobanzadə 1937-ci ildə güllələnərək edam edilib.

Filmdə Bəkir Çobanzadə obrazını aktyor Mətləb Abdullayev canlandırıb. AzTV-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsi tərəfindən ərsəyə gətirilmiş filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.

Sözügedən filmi təqdim edirik:

# 3978 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər