Ramiz Rövşən, Fikrət Qoca, Aqşin Yenisey – Onlar həm də belə məşhur oldular

Ramiz Rövşən, Fikrət Qoca, Aqşin Yenisey

Ramiz Rövşən, Fikrət Qoca, Aqşin Yenisey

5 noyabr 2021
# 21:00

Kulis.az şair kimi tanınan, ancaq nəsr əsərləri də yazan müəllifləri diqqətinizə çatdırır.

Əli Kərim

38 yaşında ölən şairin öz səsi ilə şeiri – Video

Əslində şeirlərinin bir çoxu süjetlidir. Və bu süjet onu nəsrə çəkmişdi. “Pillələr” adlı bir romanı çap olunub.

Eldar Baxış

Aydın Yol / Sərçə balası

Eyni sözləri Eldar Baxış haqda da deyə bilərik. Şeirlərində epik təfəkkür var. Onun romanı isə çap olunmadı. Sadəcə yaxın dostları bunu bilirdi.

Fikrət Qoca

Fikrət Qoca vəfat etdi

“Dayanacaqda görüş” povesti şeirləri ilə birgə çap olunmuşdu. Doğrusu, ilk dəfə nəsr əsəri işıq üzü görsə də, diqqətdən kənarda qaldı.

Söhrab Tahir

Xalq Şairi Söhrab Tahir vəfat edib - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Daha çox şair kimi tanınsa da bir çox nəsr əsərləri var. “Qonşu qızın məktubları”, “Əmanət” və başqaları buna misaldır.

Ramiz Rövşən

Ramiz Rövşən: Çarmıxdakı İsa » Manera.Az

Şeirləri ilə paralel nəsr əsərləri də işıq üzü görüb. Onun “Diş ağrısı” povesti məşhurdur.

Əjdər Ol

Əjdər Ol həbs olunub

Daha çox portret hekayələri ilə tanınır. Bir neçə hekayəsi ədəbi mühitdə diqqət çəkib. Hətta nəsr əsərlərinə görə mükafat da alıb.

Aqşin Yenisey

Aqşin Yenisey xəstəxanadan evə buraxılıb

“Göləqarğısancan” adlı romanı çap olunub. Ara-sıra hekayələri də mətbuatda yayımlanır. “Alatoran” jurnalında onun “Küçə” adlı romanı da hissə-hissə çıxırdı. Lakin təbii ki, şair kimi çox tanınır. Təzəlikcə “Tarix və tale” adlı romanı da çap olundu.

Rasim Qaraca

Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...

“Əyri evin qadını”, “Mənim həyatımı yaz”, “On bir gecə”, “Zülmətdə Alatoran” kimi nəsr əsərləri yayımlanıb. İlk ikincisi hekayələr toplusudur, digər ikisi romandı.

Qəşəm Nəcəfzadə

60-ı haqlayan şair Qəşəm Nəcəfzadə: "Kəramətə iradlarım çox içməsi ilə  bağlıdır" - MÜSAHİBƏ

Əsasən şair kimi tanınır. Lakin paralel nəsr əsərləri də yayımlanır.

Etimad Başkeçid

Etimad Başkeçid - Veyil dərəsi - sim-sim

Əslində Etimad Başkeçid həm şair, həm də nasir kimi tanınır. İlk kitabı “Panoptikum”da şeir və nəsr əsərləri toplanmışdı. Daha sonra onun “Min yol mənə söylər” romanı işıq üzü gördü.

Şəhriyar Del Gerani

Şəhriyar del Gerani Səməd Vurğundan daha böyük şair imiş – Özünəvurğunluğun  bu qədəri - Ovqat.com

Şeirləri ilə diqqəti çəksə də, nəsr əsərləri də yazıb və hələ yazır. Hekayələrinə görə bir neçə dəfə mükafat da qazanıb. “İntihar hörüyü” adlı romanı çap olunub. Yeni romanı “Qara qutu” da çapını gözləyir.

Sevinc Elsevər

Sevinc Elsevər “Mücrü” uşaq jurnalına rəhbərlik edəcək

Yaradıcılığa şeirlə başlayıb. Pərvanə imzasıyla diqqəti çəkib. Ancaq eyni zamanda nəsr əsərləri də var. “Şəhər”, “Falçı” və uşaqlar üçün yazdığı “Donu qırmızı” adlı romanları çap olunub.

# 7964 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır

Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır

15:41 29 sentyabr 2026
Məşhur türk aktyor vəfat etdi

Məşhur türk aktyor vəfat etdi

14:45 29 sentyabr 2026
Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

14:00 29 sentyabr 2026
“Yatmış gözəl”  nağılının filmi çəkiləcək

“Yatmış gözəl” nağılının filmi çəkiləcək

13:30 29 sentyabr 2026
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

13:15 29 sentyabr 2026
Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

13:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər