"Qorxulu yuxularıma nə vaxt son qoyulacaq?" - Beş uşağını itirən müğənnimiz kimdir?

"Qorxulu yuxularıma nə vaxt son qoyulacaq?" - Beş uşağını itirən müğənnimiz kimdir?
26 noyabr 2025
# 16:59

Bu gün mərhum müğənni Xeyransa Məmmədovanın doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Xeyransa Məmmədova 1966-cı il 26 noyabrda doqquz uşaqlı sadə və maddi imkanı zəif bir ailənin sonbeşiyi kimi dünyaya göz açıb.

Uşaqlıq illərində həyətdə oynayarkən qəfil üzərinə it hücum edib. O an yaşadığı dərin sarsıntı sonradan onda şəkər xəstəliyinin yaranmasına səbəb olub.

Gallery

***

Onun böyük səhnəyə ilk addımı 1980-ci ildə cəmi 14 yaşında ikən baş tutub.

Lenin sarayında (bugünkü Heydər Əliyev Sarayı) keçirilən rəsmi tədbirdə Cahangir Cahangirovun “Ana Kür” mahnısını ifa edən yeniyetmə Xeyransa tədbirdən sonra Heydər Əliyevin diqqətini çəkib. O, səhnə arxasına keçərək balaca ifaçı ilə maraqlanıb və xəstəliyindən xəbər tutduqdan sonra onun müalicəsinə göstəriş verib. Bu hadisə Xeyransanın tanınmasında mühüm rol oynayıb.

***

Xeyransa Məmmədova ardıcıl dörd il “Oxu tar...” müsabiqəsində və məktəblilərin Zaqafqaziya festivalında laureat adını qazanıb.

“Ana Kür”ü ifa etdiyi hər dəfə tamaşaçılardan elə gur alqışlar alırdı ki, hətta bəzi xalq artistləri bu populyarlığına qibtə edirdilər.

Gallery

***

Maestro Niyazinin böyük rəğbətini qazanan Xeyransa onun övladlığa götürmək təklifinə səmimi bir cavab verib:

“Sizi çox sevirəm, amma evimiz üçün çox darıxaram...”

***

Boş vaxtlarında piano, qarmon və nağara kimi alətlərdə oynaq ritmlər ifa etməkdən həzz alardı.

“Azkonsert”də sürücü işləyən bir gənclə ailə quran Xeyransaya həkimlər səhhətinə görə uşaq doğmağı qətiyyən məsləhət görmürdülər.

Gallery

Son müsahibələrindən birində belə deyirdi:

“Nə vaxtsa bu qorxulu yuxularım bitərmi? Şirin yuxular görmək istəyirəm, amma həmişə dəhşətli yuxularla oyanıram... Kaş azı 50 il yaşaya biləydim, planlarımı həyata keçirəydim. Arzulayıram ki, sənət yolum xoşbəxt başladığı kimi bədbəxt sonluqla tamamlanmasın”.

Həkimlərin təkidli xəbərdarlıqlarına baxmayaraq, beş dəfə hamilə qalan müğənni heç bir hamiləliyini sona çatdıra bilmir, uşaqları dünyaya gəlməmiş tələf olurdu. 1995-ci ildə beşinci dəfə ana olmağa çalışarkən doğuş zamanı vəziyyəti ağırlaşır və vəfat edir.

# 1196 dəfə oxunub

Oxşar xəbərlər

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər