Qobustan qayaüstü təsvirlərini dünyaya tanıdan arxeoloq-etnoqraf alim

Qobustan qayaüstü təsvirlərini dünyaya tanıdan  arxeoloq-etnoqraf alim
14 avqust 2025
# 14:20

14 avqust Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən biri, Əməkdar elm xadimi, istedadlı tədqiqatçı İshaq Cəfərzadənin doğum günüdür.

Kulis.az bu münasibətlə alimin həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə hazırkı Gəncə şəhərində anadan olub.

Altı yaşında mədrəsədə təhsil almağa başlayıb və burada ərəb və fars dillərini öyrənib.

1910–1916-cı illərdə altıillik şəhər məktəbini bitirib, 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olub, 1927-ci ildə təhsilini uğurla başa vurub.

1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olub, 1929–1930-cu illərdə təhsilini tamamlayıb.

İshaq Cəfərzadə elmi fəaliyyətinə 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü kimi başlayıb.

1926-cı ildə Azərbaycan Dövlət Muzeyində elmi əməkdaş işləməyə başlayıb və həyatının sonunadək orada çalışıb. İlk elmi araşdırmalarını Gəncədə aparıb.

Mütəfəkkir-şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar qazıntılara rəhbərlik edib.

Bu tədqiqatlarda Gəncənin yeri müəyyənləşdirilib, qala divarları, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar olunub, çoxlu maddi mədəniyyət nümunələri tapılıb. Şairin məzarını açıb, nəşini gün işığına çıxarıb, Nizami Gəncəvinin nəşini yeni türbədə qara mərmər sənduqəyə yerləşdirib.

Bu araşdırmaların nəticələrini 1944-cü ildə "Gəncə tədqiqatlarına dair" əsəri kimi namizədlik dissertasiyası müdafiə edib.

İshaq Cəfərzadə Azərbaycanda 70-dən çox maddi mədəniyyət abidəsinin üzə çıxarılmasına rəhbərlik edib.

Xocalı, Qızılvəng, Çovdar, Yaloylutəpə, Örənqala kimi arxeoloji ekspedisiyalarda və onlarla etnoqrafik səfərlərdə iştirak edib.

1938–1940-cı illərdə Gəncə, 1939–1950-ci illərdə isə Abşeron, Səbayıl, Qobustan və digər bölgələrdə arxeoloji ekspedisiyalara rəhbərlik edib. 1939-cu ildə Qobustan qaya təsvirlərinin tədqiqi barədə ilk dəfə dünya elminə məlumat verib.

1945-ci ildə SSRİ EA Azərbaycan Filialının Azərbaycan Elmlər Akademiyasına çevrilməsindən sonra Tarix İnstitutunun Arxeologiya şöbəsinə rəhbərlik edib. 5 yanvar 1982-ci ildə Bakıda vəfat edib.

Onun əsas elmi əsərləri arasında "Azərbaycanın qədim tarixi" (1961), "Историко-архелогический очерк старой Ганджи (Родина Низами)" (1949), "Гобустан. Наскальные изображения" (1973) və "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" (1947) vardır.

Zəhmətkeş arxeoloqun müharibədən sonrakı illərdə apardığı tədqiqatların əsas və mühüm hissəsi Qobustanın qayaüstü rəsmləri ilə bağlıdır.

Qobustan abidələri 1939-cu ildə aşkara çıxarılsa da II Dünya müharibəsinin başlanması ilə əlaqədar burada geniş tədqiqatların aparılması mümkün olmayıb.

1947-ci ildən başlayaraq İ.Cəfərzadənin rəhbərliyi ilə Qobustanda 20 ildən artıq müddətdə ardıcıl sistemli arxeoloji tədqiqatlar aparılıb.

Görkəmli alim Qobustanda 730 daş üzərində 5300-dən artıq müxtəlif məzmunlu qayaüstü təsvirlər qeydə alıb. Bu rəsmlərin hamısı dəqiq qeydə alınıb və alimin həyat yoldaşı, tədqiqatlarda ən yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülüb.

İshaq Cəfərzadə bu rəsmlər üzərində illər boyu tədqiqatlar aparıb və yuxusuz gecələr hesabına onların sirlərini öyrənə bilib.

Qobustanın qədim rəsmləri üzərində belə uzun və səmərəli iş İshaq müəllimi bütün dünyada qədim qayaüstü təsvirlərin ən istedadlı və təcrübəli tədqiqatçılarından biri kimi tanıdıb.

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər