"Qartal olub göylərində uçum mən..." - 26 avqust Laçın Şəhəri günüdür

"Qartal olub göylərində uçum mən..." -  26 avqust  Laçın Şəhəri günüdür
26 avqust 2025
# 10:11

Bu gün Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür.

Kulis.az xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.

Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 26 avqust – Laçın Şəhəri günü kimi təsis edilib.

Şəhər günləri təntənəli şəkildə qeyd olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib.

Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.

Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.

Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.

Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda, Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.

# 1871 dəfə oxunub

Oxşar xəbərlər

IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir

IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir

15:00 13 oktyabr 2026
Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

14:55 13 oktyabr 2026
Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

14:30 13 oktyabr 2026
Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

14:00 13 oktyabr 2026
Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

13:25 13 oktyabr 2026
Yeni elmi-texniki kitab nəşr olundu

Yeni elmi-texniki kitab nəşr olundu

13:15 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər