Parisdə Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) “Türk Mədəniyyəti və Dili Günü”nə həsr edilmiş tədbir keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan İNALCO-da təhsil alan tələbələrimizin təşkilatçılığı ilə mədəniyyətimizi əks etdirən stendlə təmsil olunub.
Dövlət Bayrağımızla bəzədilmiş Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi haqqında fransız dilində çap edilmiş kitablar, xalçaçılıq, eləcə də milli qədim sənətkarlıq nümunələri sərgilənib.
Qeyd edək ki, tədbirdə türkdilli ölkələrin milli rəqsləri nümayiş olunub.