Bakıda "Nine Senses Fest 2025” başlayır

Bakıda "Nine Senses Fest 2025”  başlayır
30 aprel 2025
# 13:00

Bakıda mayın 2-də “Nine Senses Fest 2025” başlayır.

Kulis.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ikinci dəfə keçirilir.

Festival “Ənənədən hərəkətə” şüarı altında qədim bilikləri müasir yanaşmalarla birləşdirir və iştirakçılara yoqa və meditasiya sessiyaları, konsertlər və musiqi terapiyası, sufi və şərq fəlsəfəsi, artterapiya və qadın enerji sessiyaları, “Made in Azerbaijan” yarmarkasını vəd edir.

Belə ki, şəfəqdə başlanan günəş salamları, sufi praktikaları, nəfəs məşqləri, yoqa nidra və Şivananda yoqası ilə iştirakçıların bədəni və zehni yenilənəcək. Bharat Thakur, Sudhakar Dass və Nandan Qautam kimi dünya miqyaslı ustalar prosesə rəhbərlik edəcək. Eyni zamanda Çingiz Mustafayevin canlı çıxışları da baş tutacaq. Sufi rəqsləri, sema ayinləri, sufi musiqi terapiyası, qədim Çin və slavyan təbabəti ilə tanışlıq, bunların hamısı iştirakçılara daxili ahəngi tapmaqda kömək edəcək.

Bunlarla yanaşı, neyroqrafika, aromaterapiya, qadın çevrələri, Ebru sənəti və səs terapiyası ilə bədii və emosional potensialın kəşfinə təkan verəcək. “Made in Azerbaijan” yarmarkası isə 200-dən çox yerli brend öz məhsullarını təqdim edəcək.

Qeyd edək ki, festivalda özünü yenidən kəşf etmək istəyən hər kəs, sağlam həyat tərzi ilə maraqlananlar, meditasiya, yoqa və şəxsi inkişaf praktikasına açıq olanlar, yerli brendlərlə tanış olmaq istəyən ziyarətçilər eləcə də sadəcə ruhunu dincəltmək, musiqi və təbiət ilə vəhdət yaşamaq istəyənlər iştirak edə bilərlər.

Tədbirin təşkilatçıları hər kəsi öz daxili səsini eşitməyə, bədənini hərəkətə gətirməyə və ruhuna toxunmağa dəvət edir.

Biletlər satışdadır və bu keçiddən əldə etmək mümkündür.

Ətraflı proqram və iştirakçılarla tanış olmaq üçün festivalın rəsmi saytına daxil olmaq lazımdır.

Tədbir mayın 4-dək davam edəcək.

# 1870 dəfə oxunub

Oxşar xəbərlər

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

18:53 30 iyul 2026
Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi

Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi

18:04 30 iyul 2026
Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

16:50 30 iyul 2026
“GabalaFest”də Vyetnam musiqisi

“GabalaFest”də Vyetnam musiqisi

16:13 30 iyul 2026
Bəşəri analıq hissi - Henri Murun məşhur heykəli nəyi anladır?

Bəşəri analıq hissi - Henri Murun məşhur heykəli nəyi anladır?

15:50 30 iyul 2026
"Sevgidə nə qədər eqoistlik var imiş..." - Emili Brontenin "Tufanlı yoxuşlar"ından bir hissə

"Sevgidə nə qədər eqoistlik var imiş..." - Emili Brontenin "Tufanlı yoxuşlar"ından bir hissə

15:30 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər