"Məktəb tikdirmək istəyirsə..." - Şərurlu İsfəndiyara cavab

"Məktəb tikdirmək istəyirsə..." - Şərurlu İsfəndiyara cavab
4 aprel 2025
# 16:18

Kulis.az dosent Zaur Əliyevin yeni yazısını təqdim edir.


Şərurlu İsfəndiyar: “Mənə imkan versələr, bütün məscidləri söküb yerində məktəb tikərdim”.

Məktəb tikdirmək gözəl addımdır. Lakin Şərurlu İsfəndiyar yüzlərlə bina tikib. Orda həyət belə boş qoymayıb orda mağaza açıb... Elə maarifçilik işi görmək istəyirsə, buyursun, tikdiriyi və sahib olduğu binaların həyətində bağça açsın, məktəb açsın, təmənnasız kurslar yaratsın.

Regionlarda orta təmirli məktəblərə kömək etsin. Məktəblərə texniki dəstək olsun. Gənc tələbələr üçün yataqxana tiksin. Öz binalarında bir mərtəbə tələbələr üçün güzəştli mənzillər ayırsın.

Ali məktəblərin kitabxanaları üçün xaricdən kitablar alsın, hədiyyə eləsin. Kasıb məktəblər üçün müasir partalar alsın. Müəllimlər üçün güzəştli ipoteka şərtləri ilə ev versin. Yoxsa məscidi söküb kitabxana tikmək deməklə özünə xal qazanmasın.
Xalqının onsuz da böyük hissəsi lümpendir. Onu qəhrəman edəcək. Tam başa düşməyəcək ki, lümpen kütlə, ona desin ki, bu günə qədər yüzlərlə bina tikmisən, birdənə boş yer qoymamısan qala.

Bir məktəb indiyə qədər tikdir, sonra belə iddialar irəli sür. Yenə reallıq qalacaq kənarda, çoxu başlayacaq ki, düz deyir də. Düz deyən adam indiyə qədər bir məktəb tikdirib, sonra belə deyər. Mən də etiraz etmirəm, amma real bu günə qədər təhsilə hansı dəstəyi vermisən onu isbat elə sonra.

# 3347 dəfə oxunub

Oxşar xəbərlər

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
Unudulmamağın haqqını vermək - Nadir Yalçın

Unudulmamağın haqqını vermək - Nadir Yalçın

17:00 15 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər