Baba Vəziroğlu "Ulduz"lu görüşlər"də

Baba Vəziroğlu "Ulduz"lu görüşlər"də
29 aprel 2025
# 09:35

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu "Ulduz"lu görüşlər"in qonağı olub.

Kulis.az xəbər ki, Azərbaycan Univerisitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs açıb.

O, Baba Vəziroğlu imzasının ədəbiyyatımızda özünəməxsus yer tutduğunu bildirib.

Ardınca Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, "Ulduz" jurnalının şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur çıxış ediblər.

Söz Baba Vəziroğluna verilib. Qonaq qısaca olaraq keçdiyi həyat və yaradıcılıq yolundan danışıb. Qələmə aldığı nəsr əsərləri, tərcümələri, həmçinin mahnı mətnlərinə çevrilmiş şeirləri haqda söz açıb və tələbələri maraqlandıran suallara cavab verib. Qonaq sonda tələbələrə özünün "...Qalanı xatirədi" şeirlər kitabını hədiyyə edib.

# 1729 dəfə oxunub

Oxşar xəbərlər

Optik teatrdan rəqəmsal dünyaya - Animasiyanın 130 illik təkamülü

Optik teatrdan rəqəmsal dünyaya - Animasiyanın 130 illik təkamülü

10:00 28 oktyabr 2026
Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər