“Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edildi - Video

“Özünlə apar”  mahnısına çəkilmiş klip təqdim edildi - Video
29 aprel 2024
# 11:30

“Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək FAHREE və İlkin Dövlətovun ifasında səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib.

Kulis.az xəbər verir ki, klipdə sevgi vasitəsilə qaranlıqdan qurtulmuş, sevginin gücü ilə ətrafa nur saçan insanın (FAHREE) və onun səsi ilə sədalaşan kainatın, həyatın (İlkin Dövlətov) səsinin birləşməsi təsvir olunur. Mahnıdakı müasir musiqi və ənənəvi muğamın sintezi insanın və dünyanın sevgi vasitəsilə birləşməsinin metaforası kimi təqdim edilir.

Avroviziyanın rəsmi yutub hesabında təqdim olunan bu musiqili video həm də təmsilçilərimizin İsveçin Malmö şəhərində mayın 7-də göstərəcəyi performansın birinci hissəsidir. Mahnının ötürdüyü “yalnız sevgi olan yerdə həyat var”, “sevməyi bacaran insan kainatın, bəşəriyyətin, təbiətin, əcdadlarının səsini duymağa qadirdir” mesajı klipin süjetində də, səhnə quruluşunda da əksini tapır.

Klip Azərbaycanın tarixi və mədəni irsi olan Qobustanda çəkilib. Klipin rejissoru, ukraynalı Yevgeni Timoxin daha öncə də Azərbaycanda işləyib - o, İctimai Televiziyada yayımlanan “Maska” verilişinin musiqili səhnələrinin quruluşçu rejissoru olub.

Qeyd edək ki, Yevgeni Timoxin bu klipin çəkiliş heyətində yeganə xarici peşəkardır.

# 2507 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər