Özünə qəsd edən rejissorun filmləri

Özünə qəsd edən rejissorun filmləri
19 avqust 2023
# 15:23

Bu gün görkəmli rejissor Toni Skotun anım günüdür. Rejissor 2012-ci ildə özünü Los Ancelesdə Vinsent Tomas körpüsündən ataraq intihar edib.

Kulis.az rejissorun 5 ən məşhur filmini təqdim edir.

Top Gun

Top Gun (1986) - IMDb

Film Hərbi Dəniz Qüvvələrinin pilotu Pit Mitçelin (Maverik) “Top Gun” mükafatını qazanmaq uğrunda mübarizəsindən bəhs edir.

“Top Gun” 2015-ci ildə ABŞ Milli Arxivində qorunub saxlanmaq üçün seçilib.

Filmdə baş rolları Tom Kruz və Kerri Makkillis canlandırır.


True Romance

True Romance (1993) - IMDb

Filmin ssenari müəllifi “Reservoir Dogs”, “Kill Bill”, “İnglourious Basterds” kimi filmlərin rejissoru Kuentin Tarantinodur.

Bu qara yumorla bəzənmiş cinayət filmində komiks mağazasında işləyən asosial Klarens Voley bir gün “Alabama” adlı bir qıza aşiq olur. Alabama da onu rədd eləmir. Ancaq sonra Alabamanın müdiri tərəfindən ona göndərilmiş bir fahişə olduğunu öyrənir.

Crimson Tide

Crimson Tide (1995) - IMDb

Filmdə ultramillətçi rus üsyançılar ABŞ və Yaponiyanı nüvə silahı ilə hədələyir. Buna cavab olaraq, ABŞ “USS Alabama” nüvə sualtı qayığını işə salır. Sualtı qayığın kapitanı veteran dənizçi Frenk Remzi, baş köməkçisi isə komandir Ron Hanterdir. Rus sualtı qayığının hücumuna məruz qalan “Alabama” radio rabitəsini itirir. İki bacarıqlı və təcrübəli insan ölümlə üz-üzədir.


Enemy of the State

Enemy of the State (1998) - IMDb

ABŞ-də işlənən cinayət hadisə ilə əlaqəsi olmayan insanları belə təhlükə qarşısında qoyur. Cinayəti lentə alan Daniel Zavitz videonu saxlayaraq bir jurnalistlə əlaqə yaradır. Bundan xəbər tutan kəşfiyyat xidməti Zavitsin izinə düşür. Zavitz də köhnə dostu, vəkil Robert Dinin yanına gedir.

“Enemy of the State” rejissorun ən uğurlu filmlərindəndir.

Filmdə əsas rolu Oskar mükafatı laureatı Uil Smit canlandırır.


Spy Game

Spy Game (2001) - IMDb

Natan Muir iş yoldaşı Tom Bişopla CİA kariyeraları boyunca bütün çətinliklərdən birgə çıxaraq dostluqlarını möhkəmləndiriblər. Ancaq heç nə əbədi deyil. Belə ki, Natan artıq pensiyaya çıxır. Ancaq bir gün dostunun həyatının təhlükədə olduğunu öyrənir. Dostu 24 saatdan sonra öldürüləcək.

Filmdə baş rolları Robert Redford və Bred Pitt canlandırır.

# 2153 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər