Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində milli rəqslərimizə dair ustad dərslərinə start verilib

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində milli rəqslərimizə dair ustad dərslərinə start verilib
16 noyabr 2022
# 18:00

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə mərkəzin nəzdindəki rəqs ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün milli rəqslərimizə dair ustad dərslərinə başlanılıb.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan milli rəqslərini daha dərindən öyrədilməsi, düzgün icrası və rəqs sənətimizin təbliğidir.

Azərbaycan Mədəniyyət Mərkəzinin Mədəniyyət Nazirliyi ilə birgə layihəsi əsasında Azərbaycanın Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, tanınmış rəqqasə Təranə Muradova Azərbaycan Mədəniyyət Mərkəzində milli rəqslərimiz, onların icrası, kollektiv rəqs nümunələri, Azərbaycan rəqslərinə dair müxtəlif elementlərin və janrların icrası üzrə ustad dərsləri keçir.

Ustad dərslərində uşaqlara milli rəqslərimiz, düzgün duruş, əlləri düzgün tutmaq, səhnə hərəkətləri, milli rəqslərimizə dair müxtəlif rəqs elementləri öyrədilir. Azərbaycan milli rəqs sənətinin quruluşları əsasən kütləvi olduğu üçün uşaqlara komanda şəklində rəqslərimizi icra etmək, müxtəlif elementlərin tətbiqi üzrə məşğələlər aparılır.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan rəqs dərnəyində hər il yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq və yeniyetmələri milli rəqslərimizə dair məşğələlərdə iştirak edir, rəqs sənətinin sirlərini öyrənirlər.

Mərkəzin nəzdində fəaliyyət göstərən “Kaykeb Aliyeva adına Azərbaycan qızları” Rəqs Ansamblı qardaş ölkədə olduqca fəaldır, Özbəkistanda mədəniyyət, rəqs sənəti sahəsində keçirilən beynəlxalq tədbirlərdə, habelə Azərbaycan mədəniyyəti və sənəti günlərində daim yüksək səviyyədə iştirak edirlər.

Qeyd edək ki, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan xalqının milli dəyəri olan, incəsənətin mühüm sahəsi olan rəqslərimiz, onların təbliğinə xüsusi əhəmiyyət verir.

Artıq 10 ildən çoxdur ki, mərkəzdə milli rəqslərmizə dair dərnəklər fəaliyyət göstərir və hər il yüzlərlə uşaq, yeniyetmə bu məşğələlərdə iştirak edir.

# 2225 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər