Ölkəmiz Özbəkistanda keçiriləcək beynəlxalq film festivalında təmsil olunacaq

Ölkəmiz Özbəkistanda keçiriləcək beynəlxalq film festivalında təmsil olunacaq
13 sentyabr 2022
# 16:00

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə bu il “İpək yolunun dürdanəsi” adlı Daşkənd Beynəlxalq Film Festivalında “Suğra və onun oğulları” filmi ilə təmsil olunacaq.

Kulis.az xəbər verir ki, sentyabrın 14-18-də Özbəkistanda keçiriləcək film festivalında dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələrinin iştirakı nəzərdə tutulub. Sentyabrın 15-də isə festival çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin rəsmi açılışı nəzərdə tutulub.

Açılış mərasimində nümayiş etdiriləcək “Suğra və onun oğulları” filmi Bakı Media Mərkəzi, Buta Film, Arizona prodakşın, Salar filmin birgə istehsalıdır. Filmdə İkinci Dünya müharibəsində Azərbaycanda arxa cəbhədə kənddə yaşayan insanların taleyindən gedir. Çəkilişlərin əksəriyyəti Azərbaycanın Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan filmi Özbəkistanın Buxara şəhərində mərkəzi kinoteatrda nümayiş etdiriləcək.

# 2277 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər