Londondakı “Wembley” stadionunda “Oasis”in konserti zamanı yuxarı tribunadan yıxılaraq həyatını itirən 45 yaşlı bağban Liy Kleydona görə yardım kampaniyası başladılıb.
Kulis.az xəbər verir ki, yardım kampaniyası mərhumun həyat yoldaşı Amanda və oğlu Herri üçün qardaşı Aron tərəfindən həyata keçirilir.
Qeyd edək ki, bəzi tamaşaçılar tribunadakı təhlükəsizlik tədbirlərinin zəif olduğunu, yerə tökülən içkilərin isə sürüşkən etdiyini bildiriblər.