“Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə elan olundu

“Nizami Gəncəviyə 100 məktub”  adlı müsabiqə elan olundu
3 mart 2026
# 13:07

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkə universitetləri arasında dahi Azərbaycan şairi, Türk dünyasının mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqənin əsas məqsədi Türk dünyasının ortaq dəyərlərinin, dünya ədəbiyyatının zirvəsi sayılan dahi Azərbaycan şairi, Türk dünyası mütəfəkkiri Nizami Gəncəvi irsinin elm, təhsil müəssisələri arasında daha geniş tanıdılması və təbliğidir.

Qeyd edək ki, layihəyə Türkiyədəki Yunus Əmrə İnstitutu və AMEA-nın Gəncə Bölməsi müvafiq dəstək göstərir.

Müsabiqədə Türkiyənin ədəbiyyat fakültəsi mövcud olan universitetlərinin tələbələri iştirak edəcək və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Nizami Gəncəvi haqqında türk dilində nəşr olunan əsərlər, xüsusilə şairin “Xəmsə”si sözügedən universitetlərin kitabxanalarına göndəriləcək.

“Nizami Gəncəviyə 100 məktub” müsabiqəsinin əsas mövzu başlıqları müəyyən edilib: “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvinin “Xəmsə”sində Türkçülük ideyaları”, “Nizami Gəncəvi və Gəncə”, “Nizami Gəncəvinin yaradıcılığında hikmət fəlsəfəsi”, “Nizami Gəncəvinin yaradıcılığında ədalət anlayışı”, “Nizami Gəncəvi yaradıcılığında bəşəri dəyərlər: insan sevgisi”, “Leyli və Məcnun” müasir dövrdə: klassik eşqin çağdaş yozumu”, “Nizami Gəncəvinin yaradıcılığında qadın obrazları və qadının mənəvi ucalığı”, “Nizami Gəncəvi və incəsənət” mövzuları üzrə tələbələr dahi şairə xitabən məktublarını müsabiqəyə təqdim edə biləcəklər.

Müsabiqəyə martın 10-da start veriləcək v sentyabrın 30-da yekun vurulacaq.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, müsabiqəyə dair əlavə məlumatlar müsabiqədə iştiraka razılıq verən universitetlərə göndərilib.

# 1006 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər