Nəriman Əbdülrəhmanlının yeni romanı çap olundu

Nəriman Əbdülrəhmanlı

Nəriman Əbdülrəhmanlı

29 sentyabr 2022
# 11:20

Nəriman Əbbülrəhmanlının yeni romanı olan Şəms romanı çap olundu.

Kulis.az xəbər verir ki, yazıçı Nəriman Əbdülrəhmanlının “Könül elçisi”, “Yolçu”, “Qurban”, “Taclı” tarixi əsərlərindən sonra qələmə aldığı “Şəms” romanı “Qanun” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilib. XII-XIII əsrlərdə yaşamış böyük Azərbaycan mütəfəkkiri həyatından bəhs edən kitabın rəyçisi görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, redaktoru şair-ədəbiyyatşünas Zakir Məmməddir.

Mövlana Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumi, onların münasibətləri barədə müxtəlir janrlarda, cürbəcür versiyalar irəli sürən onlarla əsər yazılıb. “Şəms” romanında isə müəllif Şəms Təbrizinin həyatına tamamilə başqa yandan baxır, əsərdən-əsərə təkrarlanan məlum süjetlərdən kənar çıxır, oxucunu dövrün coşqun hadisələri içində itib-batmağa, qəhrəmanın kamilliyə doğru çətin yolunu izləməyə, Eşq, sirr, qeyb aləminə cummağa sövq edir.

“...Hələ ki, altı qəbrim var: ikisi Konyada, biri Niğdədə, biri Qeysəriyyədə, biri Xoyda, biri Kuhistandakı Meymundiz qalasında, yeddincisi də, yəqin, Təbrizdə, valideynlərimin uyuduğu Gəcildə, Məqbərət-ül-Ürəfa qəbiristanlığında olacaq...

...Dünyaya gələndə Məlikdad oğlu Əlinin övladı Muhamməd kimi tanınmışam. Quranı xətm eləyəndən sonra şeyxim Şəms-əd-Din – Dinin Günəşi ləqəbi verib. Qürbət ellərdə Şəmsəddin Təbrizi, elm-ürfan adamları arasında Şəms Təbrizi kimi tanınmışam, mərifətimə görə, Kamili-Təbrizi, gəzəri dəvriş olduğum səbəbindən Şəmsəddini-Parəndə adlandırıblar, salnaməçilər qələmə aldıqları salnamələrində adımı Şəmsəddin Muhamməd Təbrizi kimi çəkirlər...

...Dörd Allah bəndəsiylə taleyimiz bir-birinə qarışmasın deyə, hekayətimi özüm danışmaq istədim. Çünki insanın yaşayanda anlaya bilmədiyi dəyərləri öləndən sonra anlamasının bir kimsəyə faydası yoxdu, gərək sevgisini də, nifrətini də sağ vaxtı ifadə və eturaf eləyə...”

Romanda XII əsrin sonu – XIII əsrin birinci yarısının dolğun mənzərəsi, bir-birindən maraqlı insan taleləri ilə əks etdirilib, eyni zamanda, zamanın burulğanlarında taleləri bir-birilə çulğaşmış şəxsiyyətlərin portretləri yaradılıb.

Kitabın IV Milli Kitab sərgisində təqdim olunacağı gözlənilir.

Açıklama yok.

# 3181 dəfə oxunub

Oxşar xəbərlər

3800 il əvvələ aid şəhər tapıldı -  İnsanlar quraqlıqda necə sağ qalıblar?

3800 il əvvələ aid şəhər tapıldı - İnsanlar quraqlıqda necə sağ qalıblar?

18:40 12 sentyabr 2025
Xalq artisti  palataya köçürüldü

Xalq artisti palataya köçürüldü

18:30 12 sentyabr 2025
"Formula -1"in Bakı konsertlərinin keçiriləcəyi tarix açıqlandı

"Formula -1"in Bakı konsertlərinin keçiriləcəyi tarix açıqlandı

17:50 12 sentyabr 2025
"Giorgio Armani" brendi kimə miras qaldı?

"Giorgio Armani" brendi kimə miras qaldı?

17:30 12 sentyabr 2025
"South Park"-ın Çarli Körkü hədəfə alan seriyası silinib

"South Park"-ın Çarli Körkü hədəfə alan seriyası silinib

17:00 12 sentyabr 2025
Bakıda K-Pop musiqi festivalı keçirildi

Bakıda K-Pop musiqi festivalı keçirildi

16:30 12 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər