"Nazirin tapşırığını yerinə yetirmir" - Orxan Fikrətoğluya etiraz

"Nazirin tapşırığını yerinə yetirmir" - Orxan Fikrətoğluya etiraz
15 fevral 2024
# 17:58

"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ildə elan olunmuş və nəticələri 2022-ci ilin aprel ayında açıqlanmış "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin şərtləri hələ də yerinə yetirilmir. Nəticələrin elan olunmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qalib layihələrə nəzərdə tutulan pul mükafatı ödənilməyib. Halbuki hələ 2022-ci ildə Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qalib layihələrin maliyyələşdirilməsi üçün dövlət satınalmasına razılıq verilib".

Bu sözləri Kulis.az-a açıqlamasında “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsində qalib olan layihələrin müəllifləri deyiblər.

Onlar nazirlik nümayəndələrinin vədlərinə əməl etmədiklərini vurğulayıblar:

"Bununla bağlı layihə müəllifləri, prodüser və rejissorlar keçən müddət ərzində dəfələrlə nazirliyə müraciət etsələr də, heç bir əsaslı cavab alınmayıb. Əvəzində isə nazirlik nümayəndələri tərəfindən hər dəfə layihənin yaxın zamanda yekunlaşdırılacağı ilə bağlı yerinə yetirilməyən vədlər verilib.

İki həftə öncə Mədəniyyət naziri cənab Adil Kərimli qalib layihə müəlliflərindən biri olan rejissor Tahir Tahiroviçi qəbul edib. Görüşün yekununda cənab nazir məsələnin bir neçə gün ərzində həll olunacağını bildirib və bununla bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) sədri Orxan Fikrətoğluya tapşırıq verib.

Təəssüf hissi ilə bildiririk ki, bu günə kimi heç bir adekvat addım hiss olunmur və hərəkətsizlik davam etməkdədir. ARKA və onun rəhbəri Orxan Fikrətoğlu iki il öncə Nazirlik tərəfindən keçirilmiş müsabiqəni tanımaq istəmir və nazirin tapşırığını yerinə yetirmir. Bunu aylarla müsabiqəyə hazırlaşan, iştirak edən bütün yaradıcı şəxslərə və prodüserlərə, eyni zamanda, böyük əziyyət çəkərək münsiflər heyəti (Oleq Səfərəliyev, Mehriban Ələkbərzadə, Şamil Süleymanov, Asif Rüstəmov, Nadir Əliyev, Hacı Səfərov) qismində layihələri qiymətləndirən və hələ də gördükləri iş qarşılığında qonorarları ödənməyən peşəkarlara qarşı hörmətsizlik kimi qəbul edirik.

ARKA rəhbərliyinin yekunlaşamaqda olan prosesi məqsədli şəkildə uzatmaq cəhdi məyusedicidir. Məsələnin hüquqi müstəvidə həlli üçün müvafiq instansiyalara müraciəti məqsədəuyğun hesab edirik".

# 1875 dəfə oxunub

Oxşar xəbərlər

Elnur Mehdiyev:  "Əlixanın filmində pedofilik var" - Müsahibə

Elnur Mehdiyev: "Əlixanın filmində pedofilik var" - Müsahibə

09:00 2 may 2025
Dilsiz Gülməmmədin yurda qayıdışı - "Səssiz haray"

Dilsiz Gülməmmədin yurda qayıdışı - "Səssiz haray"

21:50 1 may 2025
Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

18:51 1 may 2025
Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

18:31 1 may 2025
1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

18:10 1 may 2025
Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

17:15 1 may 2025
#
#
# # #